Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2022 » Oktyabr » 28 » Azərbaycan bayrağı –müstəqil Azərbaycan dövlətinin əsas atributları kimi
09:47
Azərbaycan bayrağı –müstəqil Azərbaycan dövlətinin əsas atributları kimi
Azərbaycan bayrağı –müstəqil Azərbaycan dövlətinin əsas atributları kimi

Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyin maliyyə
dəstəyi ilə “Gənclərdə dövlət rəmzlərinə hörmət hissinin güclən­dirilməsi “adlı layihə çərçivəsində Azərbaycan
Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolecində “Azərbaycan bayrağı –müstəqil Azərbaycan dövlətinin əsas atributları kimi” mövzusunda elmi nəzəri praktik konfrans keçirib. Tədbir Azərbaycanın Dövlət himi ilə başladı və Ulu Öndərin və torpaqlarımızın müdafiəsi uğrunda
həlak olmuş şəhidlərimizin ruhunu bir dəqiqəlik skutla yad edilməsindən sonra tədbiri giriş sözü ilə acan
AzərbaycanıDövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolecin direktor müavini Hüseyin Hüseyinov tədbir iştirakçılarını salamladı və Azərbaycanın müstəqillik rəmzi olan dövlət bayrağının yaranması tarixindən danışıb.
O,qeyd edib ki. hər birimiz üçün tükənməz qürur mənbəyi olan üçrəngli bayrağımızın ilk dəfə
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə təsis edildiyini diqqətə çatdırıb.
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisində
AXC-nin bayrağının qaldırıldığını xatırladan natiq bununla da üçrəngli bayrağımızın yenidən həyata vəsiqə qazandığını deyib.
Layihə rəhbəri Müqamət Əliyev qeyd edib ki, bu gün bayraq bütün dünya dövlətlərinin sahib olduğu
dəyərli sayılan simvollardan biri və müstəqilliyin rəmzidir, bayraq sözü qədim türk dilinə aid "batrak” sözünün deformasiya olunmuş formasıdır.
Konfransda çıxış edənlər Neft-Energetika şöbəsinin müdiri Nağıyeva Zəminə , – İngilis dili müəlliməsi Quliyeva Günel ,Ekologiya fənni üzrə müəlliməsi Novruzova Aydan və Kolecin tələbələri Çəfərov Uğur, Novruzova Aydan ,Məmmədov Ülfət və digərləri mövzu ilə bağlı məruzə edib.
Qeyd olunub ki, Azərbaycanın dövlət rəmzləri tədris materiallarında geniş əksini tapıb.
Konfransda digər çıxış edənlər Azərbaycan Dövlət Rəmzlərin və vətənpərvərlk mövzusunda danışaraq
bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar
Layihə iştirakçıları əsasən gənclərdən ibarət olub.
Tədbirin sonunda Azərbaycan atributları ilə bağlı vidio carh nümayiş etdirildi . layihə çərçivəsində Gənlər və İdman Nazirliyin və Gənc Vətənpərvərlər İctimai Birliyinin loqoları əks olunmuş buklet, bayraq, Sertifikat,tibb ləvazimatları , Heydər Əliyevin əksi olunmuş döş nişanı,təqvim və dəftərxana ləvazimatları paylanılıb.
Konfrasın sonunda tədbir Kolecin idman zalında davam etdirildi
Tədbirdə ,Gənc Vətənpərvərlər İctimai Birliyinin şöbə müdirləri, Kolecin müəllim heyyəti, tələbələr və digər qonaqlar iştirak edib
Qeyd edək ki, layihə Gənclər və İdman Nazirliyin maliyyə yardımı ilə həyata keçirilir.


KİBV üzrə şöbə
Baxışlar: 58 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Oktyabr 2022  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Yazıların arxivi
Design by UsiGroup  © 2024