Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2018 » Aprel » 24 » Andiçmə mərasimində antimilli qüvvələrə öz yerləri göstərildi
08:07
Andiçmə mərasimində antimilli qüvvələrə öz yerləri göstərildi
Andiçmə mərasimində antimilli qüvvələrə öz yerləri göstərildi

Share2
Şriftin ölçüsü: Şrifti böyüt Şrifti kiçilt
20.04.2018 17:10 | Oxunma sayı: 120

Prezident seçkilərinin vaxtının elan edilməsindən dərhal sonra ölkədə və xaricdə baş girləyən antimilli qüvvələr dövlətə və dövlət başçımıza qarşı yorulmaq bilmədən böhtan atır, qarayaxmalar səsləndirirdilər. İş o yerə çatmışdı ki, dövlət rəsmilərinin ünvanına küçə əxlaqı səviyyəsində söyüşlər göndərilirdi ki, kimsə həmin adamları təzyiqə məruz qoysun. Bu isə xaricdəki antiazərbaycan qüvvələrin diqqətini cəlb etmək, pul-para, sığınacaq qoparmaqdan ötrü lazım idi.

Ancaq Azərbaycan dövləti onlara heç bir təzyiq göstərmədi. Əvəzində yenidən Prezident seçilmiş cənab İlham Əliyev andiçmə mərasimindəki nitqində onların yerini göstərdi: “O ki qaldı, antimilli qruplaşmaya, onlar tam marginallaşıb. Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur. Onların yerini Azərbaycan xalqı çoxdan müəyyən edib, bu da tarixin zibilxanasıdır. Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun. Biz bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq, gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaqdır”.

Biz isə Azərbaycan Gənc Vətənpərvərlər Birliyi olaraq cənab Prezidentin bütün addımlarını daim dəstəkləmişik və bundan sonra da dəstələyəcəyik.

Müqamət ƏLİYEV,
Azərbaycan Gənc Vətənpərvərlər Birliyinin sədri



© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.
Baxışlar: 328 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Aprel 2018  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
2930
Yazıların arxivi
Design by UsiGroup  © 2024