Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2011 » Aprel » 30 » ADNA-dakı terror aktından 2 il ötür
09:54
ADNA-dakı terror aktından 2 il ötür
Aprelin 30-da Azerbaycan Dövlet Neft Akademiyasında (ADNA) töredilen qanlı terror aktının 2-ci ildönümüdür.

2009-cu il aprelin 30-da ADNA-nın Bakı şeheri Dilare Eliyeva küçesi, 227 saylı ünvanda yerleşen ikinci korpusuna daxil olan namelum şexsin inzibati binanın birinci mertebesinden altıncı mertebesinedek qarşısına çıxan şexslere “Makarov” tipli tapançadan ateş açması neticesinde 12 nefer ölüb, 13 nefer müxtelif dereceli beden xesaretleri alıb. Hadiseni töreden şexs sonra özünü vurub. Onun Gürcüstan vetendaşı, 1980-ci il tevellüdlü Qedirov Ferda Esed oğlu olduğu müeyyen edilib.
Faktla bağlı Cinayet Mecellesinin bir neçe maddesi ile cinayet işi başlanıb. Ferda Qedirovun ölümü ile elaqedar cinayet işinin onun baresinde olan hissesine xitam verilib.
Cinayet işi üzre hebs edilmiş Cavidan Emirov, Necef Süleymanov ve Nadir Eliyev Cinayet Mecellesinin terrorçuluq, qesden adam öldürmeye hazırlıq, qesden adamöldürme, qesden adam öldürmeye cehd, müteşekkil deste terefinden qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı eldeetme, saxlama, daşıma ve gezdirme, qanunsuz olaraq narkotik vasiteleri eldeetme, saxlama ve daşıma, Ariz Qabulova ise qaçaqmalçılıq ve qanunsuz olaraq odlu silah, döyüş sursatı eldeetme, saxlama, daşıma ve gezdirme maddeleri ile ittiham olunub.
Ağır Cinayetlere Dair İşler üzre Mehkemenin 10 avqust 2010-cu il tarixli hökmü ile Nadir Eliyev, Cavidan Amirov, Necef Süleymanov ömürlük, Ariz Qabulov ise 11 il müddetine azadlıqdan mehrum edilibler.
Onu da bildirek ki, ADNA-da baş veren kütlevi qetlin sifarişçisi kimi teqdim edilen ermeni esilli Gürcüstan vetendaşı Qumaşyan Mardun Qriqoryeviçin Azerbaycan Respublikası Cinayet Mecellesinin terrorçuluq ve diger maddeleri ile teqsirlendirilen şexs qisminde celb edilmesi barede müvafiq qerar qebul edilib.
Mardan Qumaşyan baresinde beynelxalq axtarış elan olunub. Onun baresinde cinayet işi ayrı icraatda aparılır.
Hadisesinin qurbanları:
Memmedov Taleh Tariyel oğlu, 1980-ci il tevellüdlü (Sumqayıt şeheri, II mikrorayon)
Qurbanova Ayna Abbasqulu qızı, 1957-ci il tevellüdlü (Salyan şeheri)
Ezizova Tamilla Zülfüqar qızı, 1951-ci il tevellüdlü (Bakı şeheri, Xetai rayonu Babek prospekti)
Bendeliyev Yusif Telman oğlu, 1989-cu il tevellüdlü (Celilabad şeheri, Füzuli küçesi)
Abdullayev Ramiz Xelil oğlu, 1940-cı il tevellüdlü (Bakı şeher, VII mikrorayon)
Vahidov Mecnun Abdulvahid oğlu, 1946-cı il tevellüdlü (Bakı şeher, IX mikrorayon)
Aslanov Ceyhun Sakit oğlu, 1988-ci il tevellüdlü (Şirvan şeheri)
Abdullayev Emin İmameli oğlu, 1989-cu il tevellüdlü (Daşkesen şeheri)
Babaşov Ruslan Cefer oğlu, 1990-cı il tevellüdlü (Sabirabad rayonu)
Bağırov Ayaz Cavanşir oğlu, 1988-ci il tevellüdlü (Bakı şeheri, Yasamal rayonu)
Memmedova Şefa Afet qızı, 1978-ci il tevellüdlü (Bakı şeheri, Füzuli küçesi)
Cabbarov Savalan Allahverdi oğlu, 1987-ci il tevellüdlü (Bakı şeheri)
Baxışlar: 1072 | Əlavə etdi: Natiq | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Aprel 2011  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Yazıların arxivi
Design by UsiGroup  © 2019