Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2012 » Sentyabr » 18 » ADBBTİA da GİN in maliyə dəstəyi ilə"Gənclər vətənpərvərlik ruhunda"adlı layihə çərcivəsində tədbir keirib
16:54
ADBBTİA da GİN in maliyə dəstəyi ilə"Gənclər vətənpərvərlik ruhunda"adlı layihə çərcivəsində tədbir keirib
GVB Bədən Tərbiyəsi və İdman Akademiyasında tədbir keçirib

AZADİNFORM. Bu gün Gənc Vətənpərvərlər Birliyi Gənclər və İdman Nazirliyin maliyyə dəstəyi ilə “Gənclər vətənpərvərlik ruhunda” adlı layihə çərçivəsində Bədən Tərbiyəsi və İdman Akademiyası ilə birgə “Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin təbliği və Vətənin müdafiəsində fiziki cəhətdən hazırlanmada əsas metodlardan birini, onlarda fiziki, psixoloji işin artırılması” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

“Azadinform” xəbər verir ki, tədbiri Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbə gənclərlə iş üzrə prorektoru Yusif Babanlı açaraq layihənin vacibliyindən söhbət açıb. O, qeyd edib ki, dövlət bu sahədə çoxsaylı proqram və layihələr həyata keçirir.

Layihənin rəhbəri, Ənənəvi karate üzrə Azərbaycanın fəxri bədən tərbiyə və idman işçisi Müqamət Əliyev çıxış edərək keçirilən tədbirlərin Bakı, Abşeron və Qərb bölgəsini əhatə etdiyini bildirib. M.Əliyev qeyd edib ki, aparılan tədqiqatlar nəticəsində yeniyetmə və gənclərə dövlətimizin rəmzləri, dünya şöhrətli idmançılar, tarixi və mədəni yerlər, milli qəhrəmanlarımız haqqında geniş məlumatlar verilir.

Layihə üzrə Təşkilat Komitəsinin üzvü, hüquqşünas A.Əsədov keçirilən tədbirlərin mahiyyətindən söhbət açıb.

Tədbirdə Bədən Tərbiyəsi və İdman Akademiyasının Anatomiya kafedrasının müəlliməsi Lətifə Səlimova, İdman üzrə mütəxəssis, əməkdar idman xadimi R.Hacıyev və digərləri çıxış edərək yeniyetmə və gənclər arasında vətənpərvərlik ruhunda tərbiyəyə böyük ehtiyac olduğunu bildiriblər.
Baxışlar: 486 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Sentyabr 2012  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Yazıların arxivi
Design by UsiGroup  © 2024