Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2017 » Mart » 3 » 5 mart Azərbaycan Bədən Tərbiyəsi və İdman günü münasibəti ilə tədbir keçirilib
14:20
5 mart Azərbaycan Bədən Tərbiyəsi və İdman günü münasibəti ilə tədbir keçirilib
5 mart Azərbaycan Bədən Tərbiyəsi və İdman günü münasibəti ilə tədbir keçirilib

Gənc Vətənpərvərlər Birliyi "5 mart Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə "İdmanın inkişafı sağlam nəsil, basılmaz ordu və bayrağı daim yüksəklərdə dalğalanan Vətən deməkdir” mövzusunda tədbir keçirib. Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə " Fiziki hazırlıq vasitəsilə Dövlət rəmzlərinin təbliği üzrə yeni təşəbbüslər” adlı layihəsi çərçivəsində keçirilən tədbirdə layihənin əlaqələndiricisi Nuru Quliyev məqsəd və vəzifələrdən danışıb.
GVB sədri, Karate üzrə Azərbaycanın fəxri bədən tərbiyəsi və idman işçisi Müqamət Əliyev qeyd edib ki, idmanın inkişafı sağlam nəsil, basılmaz ordu deməkdir: "Azərbaycanda idmanın inkişafı kütləvi bədən tərbiyəsinin təməlini qoyan, növündən asılı olmayaraq idmanı inkişaf etdirən, beynəlxalq arenada tanıdan məhz ulu öndər Heydər Əliyev olub”. O vurğulayıb ki, Gənclər və İdman Nazirliyinin yaradılması, Milli Olimpiya Komitəsinin işinin təkmilləşdirilməsi Heydər Əliyevin, hazırda isə Prezident İlham Əliyevin idmana olan qayğı və diqqətinin nəticəsidir.

Tədbirin sonunda idman ictimaiyyətinin nümayəndələrinə Azərbaycan Dövlət rəmzləri haqqında rəngli buklet, bayraq və Heydər Əliyevin əksi olan döş nişanı paylanıb.
Baxışlar: 387 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Mart 2017  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024