Dövlətçiliyin gənclər arasında təbliği davam etdirilir
qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi Aərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyilə "Vətənpərvərliyin və dövlətçiliyin təbliğinə dəstək” adlı layihəni həyata keçirir. qhtxeber.az-ın məlumatına görə, layihənin məqsədi vətənpərvərliyin və dövlətçiliyin gənclər arasında təbliğ olunması, gənclərdə dövlət atributlarına məhəbbət hissi aşılamaq onların vətənə, Azərbaycan xalqına, milli-mənəvi dəyərlərə hörmətlə yanaşmasına kömək göstərməkdən ibarətdir.
Layihə çərçivəsində 2 saylı Humanitar və texniki elmlər liseyində "Dövlətçiliyimizə dəstək və mənəvi dəyərlər” mövzusunda elmi nəzəri praktik konfrans və təlim keçirilib.
Tədbirdə layihənin rəhbəri Müqamət Əliyev öncə qarşıdan gələn Dünya müsəlmanlarının müqədəs bayramı olan Qurban bayramı münasibətilə tədbir iştirakcılarını təbrik edərək, layihənin mahiyyətindən və layihə çərçivəsində keçirilən tədbirlər barədə məlumat verib.
Tədbirdə çıxış edənlər məktəbin tərbiyə işlər üzrə direktor müavini K.Abbasova, bədən tərbiyəsi və idman müəllimi R.Rzayev, layihə üzrə kordinator N.Quliyev, ADEA elmi işçisi S.Zülfüqarova mövzu ilə bağlı çıxış edərək bildiriblər ki, Ümumtəhsil məktəblərində, İdman cəmiyyətlərində maarifləndirmə işlərini mütamadi olaraq həyata keçirmək lazımdır. Tədbirdə ictimayət nümayəndələri, Birliyin üzvləri və QHT nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, tədbirin sonunda fəal gənclərə idman kostyumları, təsvirli köynəklər, rəngli bukletlər, bayraq və Ulu öndərin əksi olunmuş döş nişanı paylanılıb.
Xatirə
|