Gənc Vətənpərvərlər Birliyi Gənclər və İdman Nazirliyin maliyə dəstəyilə "Ümumtəhsil orta ixtisas və ali orta təhsil müəssisələrində fiziki hazırlıq vastəsilə Azərbaycan dövlət rəmzlərinin təbliği üzrə yeni təşəbbüslər”adlı layihə çərçivəsində 20 yanvar faciəsinin 23 ildönümünə həsr olunmuş "20 yanvar şəhidləri unudulmur” mövzusunda Səbail rayon 2 saylı humanitar tehniki elmlər liseyində elmi nəzəri praktik konfrans keçirib. İlk öncə konfrans iştirakçıları 20 yanvar faciəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik skutla yad ediblər. Sonra məktəbin direktoru B.Mustafayev yığıncağı açaraq Azərbaycan müstəqiliyi, öz milli azadlığı uğrunda şəhid olanların yaxınlarına və əzizlərinə başsağlığı verib, həlak olanların şəhidlik zirvəsinə qalxmasını qəhrəman sinvolu kimi qiymətləndirib.
Layihə üzrə təşkilat komitəsinin üzvü A.Əsədov layihənin bir neçə istiqamətdə aparıldığını və layihə çərçivəsində keçirilən təlimlər, görüşlər və semnarlarla məktəblərdə Azərbaycan Dövlət Rəmzlərinin təbliğinin davam etdirildiyini bildirib.
Tədbirdə çıxış edən GVB sədri Muğamat Əliyev prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb.
Tədbirdə GİN-nin nümayəndəsi R.Məmmədov, məktəbin tərbiyə işlər üzrə direktor müavini K.Məmmədova, məktəb müəllimələri çıxış ediblər.
|