Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2015 » Yanvar » 15 » 20 YANVAR GƏNCLİYİN GÖZÜ İLƏ
11:25
20 YANVAR GƏNCLİYİN GÖZÜ İLƏ
20 YANVAR GƏNCLİYİN GÖZÜ İLƏ

Gənc Vətənpərvərlər Birliyi Gənclər və İdman Nazirliyin maliyyə dəstəyi ilə “Gənclər sağlam həyat tərzi seçir” ,Narkotiklərdən əl çəkək devizi altında gənclərin iştirakı ilə regionlara avto turun təşkil olunması və idman tədbirlərin həyata keçirilməsi adlı layihə çərçivəsində 20 yanvar faciəsinin 25- ci il dönümünə həsr edilmiş tədbir keçiriblər..

Tədbiri giriş sözü ilə acan Layihə üzrə koordinator N.Qacayev 20 yanvar faciəsində şəhid olanların ruhunu bir dəqiqəlik skutla yad etdikdən sonra Layihə çərçivəsində maarifləndirmə və məlumatlandırma məqsədi ilə orta ümumtəhsil məktəblərdə ,idman cəmiyyətlərində sağlam həyat tərzi prinsiplərinə riayət edilməsi gənclər arasında vətənpərvərlik ruhunda təbliğat işinin eyni zamanda ,İVİ(İnsanın İmmun Çatışmamazlığı Virusu) HİV(Human İmmunodeficiencu Virusu) və narkomaniyaya qarşı mübarizə” və s devizlərlə bağlı uğurla həyata keçirilən tədbirlər haqqında məlumat verdi. GVB-n sədri M.Əliyev çıxış edərək keçmiş sovet imperiyasının Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı siyasətinin tərkib hissəsini təşkil edən, soydaşlarımızın insan hüquq və azadlıqlıarının kütləvi şəkildə və kobudcasına pozulması ilə nəticələnmiş tarixə 20 Yanvar faciəsi kimi düşmüş o qanlı gecədən iyirmi beş il keçdiyini diqqətə çatdırıb. Bildirib ki, XX əsrin ən qanlı terror aktlarından biri olan bu faciədə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, əslində bütün bəşəriyyətə , humanizmə, ümumən insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməl idi. Həmin faciə zorakılığın ,qeyri-insani rəftarın, işgəncələrin ən dəhşətlələrindən biri kimi xalqımızın qan yaddaşına əbədi həkk olunub. Bu tarix Azərbaycanın istiqaliyyət yolunun ilk şəhidlik zirvəsi kimi tariximizə həm də qürur kimi yazılıb. Qeyd olunub ki,1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet imperiyası rəhbərlərinin göstərişi ilə tərkibində milliyətcə erməni zabitlərinin də olduğu xüsusi hərbi birləşmələr və ziirehli texnika Bakı və Sumqayıt şəhərlərinə, habelə Azərbaycanın bir çox bölgəsinə yeridilib, dinc əhaliyə xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə divan tutulub. SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin ,dövlət Təhlükəsizlik Komitəsinin birgə həyata keçirdikləri hərbi əməliyyat nəticəsində bir neçə istiqamətdə Bakıya daxil olan silahlı qoşunlar mülki şəxsləri amansızcasına öldürüb, çoxlu sayda dinc insan yaralanıb, ölçüyəgəlməz dağıntılar törədilib. Maarifləndirmə məlumatlandırma tədbirində iştirakçıların diqqətinə çatdırılıb ki, hər il olduğu kimi, bu il də GVB-n regional şöbələri tərəfindən 20 yanvar faciəsinin ildönümü müxtəlif xarakterli tədbirlərə qeyd opunur. Eyni zamanda birlik tərəfindən dünya ictimayyətinə və nüvuzlu beynəxalq qurumlara bəyanat ünvanlanır

Layih iştirakçıları əsasən 14-29 yaş arası olan gənclərdən ibarət olub. Narkomaniya və QİÇS-lə bağlı gənclərə maarifləndirici bukletlər,H.Əliyevin şəkili olan döş nişanı və informasiya materiları paylanıb.




GVB-nin mətubat və informasiya şöbəsi
Baxışlar: 953 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Yanvar 2015  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024