Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2011 » Yanvar » 19 » 20 Yanvar faciesinden 21 il ötür
22:27
20 Yanvar faciesinden 21 il ötür
Azerbaycan xalqının hüzn ve şeref günü qeyd olunur

Azerbaycan azadlığı ve erazi bütövlüyü uğrunda mübarize tarixine qehremanlıq sehifesi kimi daxil olmuş 20 Yanvar faciesinin 21-ci ildönümüdür. 20 Yanvar Azerbaycan xalqının hüzn ve şeref günüdür.
21 il evvel, yanvarın 19-dan 20-e keçen gece Azerbaycana qarşı erazi iddiaları ireli süren Ermenistanın tecavüzkar hereketlerinden ve keçmiş SSRİ rehberliyinin ermenilere havadarlığınd an hiddetlenen, Bakının küçelerine ve meydanlarına çıxaraq buna etirazını bildiren geniş xalq kütlelerine qarşı sovet ordusu vehşicesine hücuma keçib, ateş açıb. Sovet qoşunlarının tecavüzü neticesinde Bakıda 134 mülki vetendaş öldürülüb, 600-den çox adam yaralanıb. Öldürülenler arasında beş milletin nümayendeleri, 20-den çox qadın, uşaq var. 100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb ve bir daha geri qaytarılmayıb. Azerbaycan xalqının meruz qaldığı bu tecavüz indiyedek beşeriyyet eleyhine cinayet kimi beynelxalq müstevide layiq olduğu qiymeti almayıb, cinayetkarlar cezalandırılmayıb.
20 Yanvar Mixail Qorbaçov başda olmaqla, cinayetkar imperiya rehberliyinin Azerbaycana qarşı xeyanetkar siyasetine dözmeyen, öz azadlığına, müsteqilliyine can atan xalqımızın hem de mübarizliyini, eyilmezliyini, meğrurluğunu nümayiş etdirib. Merd Veten övladları canlarından keçerek şehidlik zirvesine ucalıblar. İmperiyanın esl siması hemin gün üze çıxıb. Xalqımız müsteqillik uğrunda daha ezmle mübarizeye başlayıb. Bu gün müsteqil Azerbaycanda hemişe yüksek seviyyede qeyd olunur, şehidlerin ruhu yad edilir.

lent.az

Baxışlar: 588 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Yanvar 2011  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Yazıların arxivi
Design by UsiGroup  © 2019