Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2010 » Yanvar » 20 » 20 Yanvar faciesinden 20 il ötür
17:13
20 Yanvar faciesinden 20 il ötür

Qara Yanvar ve ya 20 Yanvar faciesi - 1990-cı il, yanvarın 19-dan 20-ne keçen gece Sovet ordusunun, ermeni quldur desteleri ile birge Azerbaycan xalqına qarşı heyata keçirdiyi terror aktı.
Azerbaycanın azadlığı ve erazi bütövlüyü uğrunda mübarize tarixine qehremanlıq sehifesi kimi daxil olmuş 1990-cı ilin 20 yanvarında ölkemize qarşı erazi iddiaları ireli süren Ermenistanın tecavüzkar hereketlerinden ve keçmiş SSRİ rehberliyinin onlara havadarlığından hiddetlenen, Bakının küçelerine ve meydanlarına çıxaraq buna öz qeti etirazını bildiren geniş xalq kütlelerine qarşı sovet ordusunun döyüş hisselerinin yeridilmesi Azerbaycanda misli görünmemiş facieye getirib çıxardı. Hemin facieli günlerde öz ölkesinin, xalqının azadlığını, şeref ve leyaqetini her şeyden uca tutan merd Veten övladları canlarından keçerek şehidlik zirvesine ucaldılar. [1]
Böyük itkilerle, günahsız insanların qetli ile neticelenen 20 Yanvar faciesi Mixail Qorbaçov başda olmaqla cinayetkar imperiya rehberliyinin Azerbaycana qarşı xeyanetkar siyasetine dözmeyen, öz azadlığına, müsteqilliyine can atan xalqımızın hem de mübarizliyini, eyilmezliyini, meğrurluğunu nümayiş etdirdi.
1990-cı ilin 20 yanvarında keçmiş sovet dövletinin herb maşınının Azerbaycan xalqına qarşı heyata keçirdiyi qetller insanlığa qarşı töredilmiş en ağır cinayetlerden biri kimi beşer tarixinde qara sehife olaraq qalacaqdır. Milli azadlığı, ölkesinin erazi bütövlüyü uğrunda mübarizeye qalxmış dinc ehaliye divan tutulması, kütlevi terror neticesinde yüzlerle günahsız insanın qetle yetirilmesi ve yaralanması totalitar sovet rejiminin süqutu erefesinde onun cinayetkar mahiyyetini bütün dünyaya bir daha nümayiş etdirdi.

Herbi müdaxile

Sovet Ordusunun böyük kontingentinin, xüsusi teyinatlı bölmelerin ve daxili qoşunların Bakıya yeridilmesi xüsusi qeddarlıq ve görünmemiş vehşilikle müşayiet edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Efqanıstana qarşı heyata keçirdiyi herbi müdaxileni hetta o zamankı Sovet İttifaqının müttefiq respublikalarından biri olan Azerbaycanda da tekrarlamaqdan çekinmedi. Hemin vaxt Azerbaycan qonşu Ermenistanın da tecavüzüne meruz qalmışdı. Bele bir şeraitde sovet rehberliyi neinki münaqişenin qarşısını almaq üçün qeti tedbirler görmemiş, eksine, Azerbaycana yeridilen ordu hisselerinin terkibine Stavropol, Krasnodar ve Rostovdan seferberliye alınan ermeni esger ve zabitleri, sovet herbi hisselerinde xidmet eden ermenileri, hetta ermeni kursantları da daxil etmişdi.
Bakıya yeridilmiş qoşun kontingentine, - bezi melumata göre, onun sayı 60 min nefere çatırdı, - "doyüş tapşırığını" yerine yetirmek üçün möhkem psixoloji hazırlıq keçmişdiler: "Sizi Bakıya rusları müdafie etmek üçün getirmişler, yerli ehali onları vehşiçesine mehv edir; ekstremistler Salyan kazarmalarının (Bakıda esas herbi qarnizonun yerleşdiyi erazi) etrafındakı evlerin damlarında snayperler yerleşdirmişler, tekce bu erazide 110 ateş nöqtesi var; binalar, menziller Azerbaycan Xalq Cebhesinin yaraqlıları ile doludur, onlar sizi güclü avtomat-pulemyot ateşine tutacaqlar" ("Şit" teşkilatı müsteqil herbi ekspertlerinin hesabatından).
Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rehberliyi Bakıda "rus ve ermeni kartından" meharetle istifade etdi. Guya Bakıya qoşun onları, herbi qulluqçuların ailelerini qorumaq, "milletçi ekstremistler" terefinden hakimiyyetin zorakılıqla ele keçirilmesinin qarşısını almaq üçün yeridilmişdi. Eslinde ise bu açıq riyakarlıq, ağ yalan idi. Çünki sovet rehberliyinin "delilleri" hetta heqiqete yaxın olsaydı bele, Bakıya tepeden-dırnağadek silahlandırılmış qoşun göndermeye ehtiyac yox idi. Ona göre ki, hemin vaxt burada daxili qoşunların 11,5 min esgeri, Müdafie Nazirliyine tabe olan Bakı qarnizonunun çoxsaylı herbi hisseleri, hava hücumundan müdafie qüvveleri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerleşirdi.
Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azerbaycan SSR Konstitusiyasının 71-ci maddelerini kobud şekilde pozaraq, yanvarın 20-den Bakıda fövqelade veziyyet elan edilmesi haqqında ferman imzaladı.
SSRİ Müdafie Nazirliyinin, DİN ve DTK-nın hazırlayıb heyata keçirdiyi "Udar" adlı emeliyyatda esas rolu xüsusi teyinatlı "ALFA" ve SSRİ DTK-nın "A" texribat qrupları oynayırdı. Sovet qoşunlarının tecavüzü neticesinde Bakıda 134 mülki vetendaş öldürülmüş, 600-den çox adam yaralanmışdı. Öldürülenler arasında beş milletin nümayendeleri, 20-den çox qadın, uşaq var idi. [2]
SSRİ DTK-nın "Alfa" qrupu yanvarın 19-da saat 19.27-de Azerbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişleri dayandırıldı. Gece ise qoşun fövqelade veziyyet elan edilmesinden xebersiz olan şehere daxil oldu ve ehaliye divan tutmağa başladı. Qorbaçovun fermanı qüvveye minenedek (20 yanvar, saat 00:00) artıq 9 nefer öldürülmüşdü.
Tanklar ve BTR-ler Bakı küçelerinde qarşılarına çıxan her şeyi ezir, herbçiler her yanı amansız ateşe tuturdular. İnsanlar neinki küçelerde, hetta avtobusda gederken, öz menzillerinde oturduqları yerde güllelere tuş gelirdiler. Yaralıları aparmağa gelen tecili yardım maşınlarını ve tibb işçilerini de ateşe tuturdular. Bir gün erzinde Bakıda 137 nefer öldürüldü, 700-dek insan yaralandı, 800-den çox adam qanunsuz hebs edildi.
Bakıda fövqelade veziyyetin elan olunması haqqında melumat ise ehaliye yalnız yanvarın 20-de seher saat 7-de respublika radiosu ile çatdırıldı. Halbuki, Qorbaçovun Azerbaycana ezam etdiyi yüksek vezifeli emissarlar heyasızcasına beyan edirdiler ki, Bakıda fövqelade veziyyet elan olunmayacaqdır. Bax, eli yüzlerle insanın qanına batmış, sonralar Nobel sülh mükafatı almış Mixail Qorbaçov başda olmaqla sovet imperiyası rehberliyinin rezil siması bu idi...
"Qara Yanvar"ın indiyedek özünde saxladığı sirler çoxdur. 100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb ve bir daha geri qaytarılmayıb. Azerbaycan xalqının meruz qaldığı bu tecavüz indiyedek beşeriyyet eleyhine cinayet kimi beynelxalq müstevide layiq olduğu tesnifatı almayıb. Bu hadiselere emosiya, keder, yaxud mübarizlik selnamesi kimi pafoslu münasibetle beraber, bir qeder de soyuqqanlı olub, o hadiselerin gerçek mahiyyetini dünya birliyinin, çeşidli beynelxalq teşkilatların önüne qoymaq barede düşünmeli, 20 Yanvara beynelxalq-hüquqi qiymetin verilmesine çalışmalıyıq.
Qara yanvar ve media
SSRİ DTK-nın "Alfa" qrupu yanvarın 19-da saat 19.27-de Azerbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişleri dayandırıldı. Metbuat susduruldu. Azerbaycan dünyadan tecrid edildi. Gece ise qoşun fövqelade veziyyet elan edilmesinden xebersiz olan şehere daxil oldu ve ehaliye divan tutmağa başladı. Mehz bu facieli anlarda uzaqlardan "Azadlıq radiosunun", Mirze Xezerin ezemetli sesi Mixail Qorbaçovun informasiya blokadasını dağıtdı. [3] Şair ve publisist Melahet Ağacanqızı bu anı öz xatirelerinde bele tesvir edir: "Yaxşı yadımdadır 20 yanvar gecesi bütün yaxınlarımız bir otağa yığışmışdı. Böyük otaq adamla dolu olsa da heç kes danışmırdı. Qadınlar sessiz ağlayırdılar, kişiler baxışları ile yeri yarmaq isteyirdiler - yere girmek üçün! Qardaşım radio dalğalarını heyecanla elek-velek edirdi. Ve radiodan Mirze Xezerin sesini eşidende, mene ele geldi ki, hamı nefesini uddu, amma hamı dirildi. 20 yanvar gecesi - Mirze Xezerin sesi - möcüze idi! Belke "ah, naleden" boğulan hava – Mirze Xezerin sesi ile hıçqırırdı! Mirze Xezer - 20 yanvarda ölmekde olan Azerbaycan xalqına Allahın bexş etdiyi ilahi sesi ile ümid verdi. Bir günde bir esre beraber iş gördü. O ses milleti mezardan çıxartdı. Dirilere şehid oğulları defn etmek üçün güc verdi." [4] "Azadlıq"ın 20 yanvardakı ilk verilişi hem Azerbaycanda, hem de dünyanın her yerinde azerbaycanlıları ve ictimaiyyeti oyatdı. Dünya azerbaycanlıları ayağa qalxdı. Etirazlar başladı. Qorbaçov öz xelveti Bakı qanlı "sergüzeştini" sona çatdıra bilmedi. Bu zerbeden sarsılan qezebli Kreml rehberliyi "Azadlıq" radiosundan ABŞ hökumetine resmen şikayet etdi. [5]
"Şit" teşkilatı ekspertlerinin hesabatından• Adamları xüsusi qeddarlıqla ve yaxın mesafeden güllelemişler. Meselen, Y.Meyeroviçe 21, D.Xanmemmedova 10-dan çox, R.Rüstemova 23 gülle vurulmuşdur;
• xestexanalar, tecili yardım maşınları ateşe tutulmuş, hekimler öldürülmüşdür;
• adamlar süngü-bıçaqla qetle yetirilmişdir. Onların arasında her iki gözü tutulmuş B.Yefimtsev de var;
• "Kalaşnikov" avtomatının ağırlıq merkezi deyişen 5,45 çaplı güllelerinden istifade edilmişdir.
Azerbaycan xalqına qarşı soyqırım

Helak olanlar arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikestler de var idi. Qorbaçovun ve etrafındakıların "milletçi ekstremistler" adlandırdıqları bunlar idimi?
Yanvarın 20-de artıq bütün dünya Bakıda töredilmiş dehşetli qırğından xeber tutdu. Amma görün, o vaxtkı sovet imperiyasının ideoloji ruporu olan "Pravda" qezeti 22 yanvar tarixli nömresinde ne yazırdı:
"Fövqelade veziyyet elan edilmesi üçün görülmüş tedbirler neticesinde guya qadınlar ve uşaqların telef olması barede beyanatlar aşkar fitnekar xarakter daşıyır. Bir daha tekrar etmek lazımdır ki, bu, qerezli yalandır! Ondan meqsed ehalini sovet ordusuna ve hüquq mühafize orqanlarına qarşı qaldırmaqdır"...
20 Yanvar ve Azerbaycan tarixinde ondan evvelki facieli hadiseler XX esr boyu xalqımıza qarşı yeridilen düşünülmüş siyasetin növbeti tezahürü idi. Azerbaycan xalqına qarşı soyqırımı, sovet hakimiyyeti illerinde Azerbaycan erazilerinin tedricen ilhaq olunması, neticede ölkenin erazisinin 125 000 km²-den 87 000 km²-edek azalması, sovet rehberliyinin havadarlığı ile başlayan Dağlıq Qarabağ hadiseleri, azerbaycanlıların Ermenistan erazisindeki ezeli torpaqlarından qovulması bu siyasetin merheleleridir.
1990-cı ilin yanvar qırğını ne qeder facieli olsa da, Azerbaycan xalqının iradesini, milli azadlıq uğrunda mübarize ezmini qıra bilmedi. Hemin müdhiş gecede helak olan veten oğulları Azerbaycanın tarixine parlaq sehife yazdılar, xalqın milli azadlığı, müsteqilliyi üçün yol açdılar...
Azerbaycan dövlet müsteqilliyini elde etdikden sonrakı ilk illerde başları hakimiyyet uğrunda mübarizeye qarışmış respublika rehberleri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymet verilmesi ve cinayetkarların müeyyen edilmesi istiqametinde meqsedyönlü iş aparmadılar. Yalnız 1994-cü ilde Qanlı Yanvar hadiselerine tam siyasi-hüquqi qiymet verildi, facienin günahkarlarının adları açıq şekilde beyan edildi...
Bakının en yüksek nöqtelerinden birinde her bir azerbaycanlı üçün müqeddes and yerine çevrilmiş bir yer var. Bu, 20 Yanvar qurbanlarının ve Ermenistanın herbi tecavüzüne qarşı döyüşlerde helak olanların defn edildiyi Şehidler Xiyabanıdır. Her il yanvarın 20-de yüz minlerle insan Vetenin azadlığı ve suverenliyi uğrunda canlarından keçmiş Azerbaycan oğul ve qızlarının eziz xatiresini ehtiramla yad etmek üçün buranı ziyaret edir. Nesiller deyişecek, lakin Veten oğullarının xatiresi üreklerde ebedi yaşayacaqdır.

Baxışlar: 12102 | Əlavə etdi: GVB | Reytinq: 4.3/20
Bütün şərhlər: 8
0 Spam
8 Alev  
Cok acimasiz insanlar AMA bunun hincini aliriz

0 Spam
7 pervin  
bu melumatlari yadimda ebedi saxlayacam.ermenilere qarsi hedsiz nifretim bir bu qerderde artdi

0 Spam
6 belieber  
Of course.i learn from different books abour 20 january.i love azerbaijan.because Azerbaijan is typical country un my world

0 Spam
5 Elvina  
Bu melumatlari oxuyan demeli öz ölkesini sevir ve qoruyur.Men bu melumatlari tedbirde bütün mekteb ücün oxuyacam.

0 Spam
4 saida  
her kes bunu sozsuz bilmelidir

0 Spam
3 xezer  
gshstyfffsddsdddzgnhzu,lppijgvffcffczhg

0 Spam
2 ismixan  
niye

0 Spam
1 Lavinya  
bu yazilar her bir insana vetenini sevmeye dogru yoneldir

Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Yanvar 2010  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Yazıların arxivi
Design by UsiGroup  © 2019