Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2014 » Yanvar » 27 » 2013-cü il müasir tariximizə çox zəngin faktlarla yazıldı
16:40
2013-cü il müasir tariximizə çox zəngin faktlarla yazıldı
2013-cü il müasir tariximizə çox zəngin faktlarla yazıldı

Əlbəttə, Nazirlər Kabinetinin bu il yanvarın 9-da keçirilmiş geniş iclasına qədər də biz bilirdik ki, yola saldığımız il gənc müstəqil dövlətimiz üçün böyük uğurlar və nailiyyətlərlə zəngin olmuşdur.

Ancaq adı çəkilən iclasda həm möhtərəm Prezidentin giriş və yekun nitqlərində, həm də digər natiqlərin çıxışlarında bugünkü Azərbaycan həqiqətlərini dilə gətirən o qədər faktlar və rəqəmlər səsləndirildi ki, mən sözün həqiqi mənasında öz yurduma, Vətənimə, milli dövlətimə yenidən vuruldum. Mənim xalqım nələrə qadir imiş, mənim dövlətim nə qədər qüdrətli imiş, mənim liderim nə qədər ali bir idarəetmə təcrübəsinə malik imiş, mənim ölkəmin nə qədər potensialı varmış, mənim xalqımın necə də intellektual səviyyəli ziyalı zümrəsi yetişibmiş?

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında eşitdiyimiz faktlar və rəqəmlər təkcə respublikamızın əhalisi üçün deyil, eləcə də, bütövlükdə xalqımız, türk dünyası , islam aləmi və beynəlxalq aləmdəki dostlarımız üçün həqiqətən qürur və iftixar hissləri yaradan məqamlar idi. İclasda qeyd olunduğu kimi 2013-cü ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurası kimi mötəbər beynəlxalq təşkilata sədrliyi uğurla başa çatdı. Bizim oradakı qətiyyətli və xüsusən, ədalətli sədrliyimiz respublikamıza beynəlxalq aləmdə olan inam və etimadı qat-qat artırdı. Hələ ilin əvvəlində - yanvar ayında Avropa Şurası Parlament Assambleyasında antiazərbaycan qüvvələrin diqtəsi ilə ölkəmizə qarşı başlanan hücum kampaniyası bizim uğurlu diplomatiyamızın və əski qitənin ədalətli insanlarının nümayiş etdirdiyi qətiyyətlin nəticəsində heç bir nəticə vermədi və cənab Prezidentin dediyi kimi fiaskoya uğradı.

2013-cü ildə Azərbaycan öncə bütün dünya dövlətləri ilə, sonra isə islam ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində uğurlu addımlar atdı. Avropa İttifaqı ilə vizaların sadələşdirilməsi məqsədiylə dəyərli bir sazişin imzalanması, Dünya İqtisadi Forumu kimi tanıdığımız Davos Forumunun növbəti toplantısının Bakıda keçirilməsi, respublikamızın paytaxtının üçüncü dəfə Beynəlxalq Humanitar Foruma ev sahibliyi etməsi, İkinci Mədəniyyətlərarası Dialoqun təşkil olunması bütün dünya ilə əməkdaşlığımızın genişləndirilməsinə xidmət edirdisə, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fələstinə yardım məqsədli Konfransın keçirilməsi müsəlman dünyasında gündən-günə artan nüfuzumuzun yeni müstəviyə qaldırılmasını təmin edirdi. Hamımıza sevinc bəxş edən məqam idi ki, ötən il bizim səsimiz kosmosdan gəldi. Azərbaycan ötən il öz rabitə peykini kosmosa çıxararaq regionda böyük iqtisadi və elmi-texniki potensiala malik olduğunu sübut etdi. Ən başlıcası, 2013-cü ildə Azərbaycan xalqı 1993-cü ilin yayından etibarən xalqımıza nicat, ölkəmizə tərəqqi və inkişaf gətirən Heydər Əliyev siyasi kursuna sədaqətini və inamını qətiyyətli şəkildə ortaya qoyaraq növbəti prezident seçkilərində də möhtərəm dövlət başçımıza səs verdi.

Əlbəttə, bütün bunlar bir vətəndaş kimi bizim hər birimizi sevindirən məqamlardır. Ancaq məni - ölkə gəncliyinin böyük bir auditoriyası ilə işləyən qeyri-hökumət təşkilatının sədrini xüsusilə məmnun edən başqa bir məqam ondan ibarətdir ki, Azərbaycan ildən-ilə daha çox idman ölkəsinə çevrilir. İdman isə gəncliyin qüvvəsinin daha səmərəli, daha doğru istiqamətə yönəldilməsi üçün ən vacib məsələlərdən biridir. Məhz ötən il Avropanın müvafiq qurumları Azərbaycanın beynəlxalq olimpiya hərəkatına verdiyi töhfələri nəzərə alaraq 2015-ci ildə reallaşacaq ilk Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul etmişdir. Cənab Prezidentin Nazirlər Kabinetinin adı çəkilən iclasında dediyi kimi, bu tədbirin hazırlanması təkcə idman qurğularının tikilməsi ilə yekunlaşmır. Burada kompleks hazırlıq prosesindən söhbət gedir. Əminik ki, həm Avropa Olimpiya Oyunlarına hazırlıq, həm də oyunların keçirilməsi Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu qat-qat artıracaq. Bu isə bizim hər birimizin, xüsusən, çoxmilyonlu gənclər ordusunun arzusudur.

Müqamət ƏLİYEV,

Azərbaycan Gənc Vətənpərvərlər Birliyinin sədri.
Xalq QƏZETİ 14 yanvar 2014-cü il
Baxışlar: 639 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Yanvar 2014  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024