GVİB elmi praktik konfrans keçirmişdir Gənc Vətənpərvərlər Birliyi Aərbaycan Respublikası Gənclər və İdman Nazirliyin maliyə dəstəyilə” Fiziki hazırlıq vasitəsilə Dövlət rəmzlərinin təbliği üzrə yeni təşəbbüslər” adlı layihə çərcivəsində Nəsimi rayon 111saylı tam orta məktəbdə “Dövlət rəmzlərinin gənclərin rolu “mövzusnda elmi praktik konfrans və fiziki –psixoloji hazırlıq üzrə təlim keçirilib. Layihənin rəhbəri , Muğan Əliyev tədbir iştirakcılarını salamlayandan sonra bir dəqiqəlik skutla Ulu öndərin ruhunu yad etdikdən sonra o, qeyd edərək bildirdi ki, Hər bir ölkənin tarixi və dövlətçilik ənənələri adətən onun rəmzlərində və atributlarında öz əksini tapır. Azərbaycan Respublikasının bayrağı, gerbi, himni və digər atributları Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. 111 saylı tam orta məktəbin direktoru J.Hacıyeva cıxış edərək bildirdi ki, XIX əsrdə Azərbaycanda Rusiya imperiyasının hökmranlığı zamanı Bakı, Gəncə, Şamaxı, Quba,Dərbənd, İrəvan və digər Azərbaycan şəhərlərinin gerbləri təsdiq olunmuş və bunlar maddi mədəniyyət abidələrində, rəsmi sənədlərdə müəyyən iz qoymuşlar. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra dövlət rəmzlərinin – bayraq, gerb və himnin hazırlanması istiqamətində konkret tədbirlər həyata keçirilmişdir. Üçrəngli dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. Tədbirdə cıxış edənlər ,məktəbin tərbiyə işlər üzrə müdir müavini Nəzakət İsayeva, fiziki tərbiyə müəllimi M.Əliyev, Uşaq birliyi rəhbəriə Samirə Paşayeva,ə dəbiyyat müəlliməsi K.Məmmədova, layihə üzrə ekspert P.Əzimova və digərləri mövzu ilə bağlı geniş ətraflı çıxış edərək bildirdilərki, uşaq, yeniyetmə və gənclər arasında dövlət atributları, tarix və milli qəhrəmanlarımız haqqında maarifləndirmə və təbliğat işlərinin aparılmasının zəruriliyini və orta təhsil müəsssisələrində dövlət bayrağın müqədəsliyindən və dəyərləri haqqında daim aşılanması işlərin aparılması xususi olaraq qeyd olundu. Tədbirdə ictimayətinin nümayəndələri ,birliyin üzvləri və QHT-n nümayəndələri iştirak edirdilər.. Konfrans başa catdıqdan sonra təlim idman zalında davam etdirildi. Tədbirin sonunda gənclərə rəngli buklet və bayraq paylandı.
|