GVB Azərbaycan Respublikası Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının dəstəyi ilə tədbir keçirib - 30 March 2013 - Gənc Vətənpərvərlər Birliyi
Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » Mart » 30 » GVB Azərbaycan Respublikası Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının dəstəyi ilə tədbir keçirib
10:17
GVB Azərbaycan Respublikası Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının dəstəyi ilə tədbir keçirib
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gənclər arasında insan alverin və narkomaniyanın qarşısını almaq məqsədilə preventiv tədbirlərin keçirilməsi və milli-mənəvi dəyərlərin gücləndirilməsi" adı layihə çərcivəsində 31 mart Azərbaycanlıların soyqırımı günü münasibəti ilə "Ermənilərin törətdlikləri soyqırımlara və terorlara son qoyulmalıdır" mövzusunda tədbir keçirib. Tədbirdə qurumun yerli şöbələri, Birliyə üzv olan təşkilatların nümayəndələri, tarixşünaslar, ziyalılar və digər qurumların əməkdaşları iştirak ediblər. Əvvəlcə mart soyqırımında qətlə yetirilən soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən sədr Muğan Əliyev bildirib ki, 1988-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir. Məhz mərhum Prezidentimiz Heydər Əliyevin təşəbbüsü ilə son iki yüz ildə xalqımıza qarşı törədilmiş ağır cinayətlər "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1988-ci il tarixli fərmanı ilə həmin hadisələrə hüquqi-siyasi qiymət verilib. Sonra qeyd edilib ki, ermənilərin və onların havadarlarının xalqımıza qarşı müntəzəm olaraq yeritdikləri soyqırımı siyasətinin əsrdən çox tarixi var. Tədbirdə 1918-ci ildə ermənilərin törətdiyi vəhşiliklərdən, günahsız insanların qətlə yetirilməsindən danışılıb.
O da vuruğlanıb ki, Gənclər və İdman İdarələri ilə birgə tədbirlər planı hazırlanıb və bu gündən etibarən Lənkəran, Gəncə və Bakı şəhərində bu tipli tədbirlərə start verililəcək. Tədbirdə iştirak edən Birliyin Hümanitar və Mədəniyyət şöbəsinin müdiri Natiq Qaçayev, beynaxalq əlaqələr şöbəsinin müdiri E. Səfərli, tarixşünas S. Əliyev və digər şəxslər ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı ilə bağlı fikirlərini bildiriblər.
Baxışlar: 187 | Əlavə etdi: Natiq | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Mart 2013  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Yazıların arxivi
Design by UsiGroup  © 2016