Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » Mart » 05
Bu gün xalq təqvimi ilə Boz ayın ikincisi çərşənbəsi – Od çərşənbəsidir. Od çərşənbəsi xalq arasında həm də "Üsgü çərşənbə”, "Adlı çərşənbə” kimi də adlandırılır. Bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Od çərşənbəsi yeni həyatın, baharın, istiliyin gəlişini simvolizə edir. Ənənəyə görə, Od çərşənbəsindən sonra bahara doğru daha da yaxınlaşmış oluruq, Günəş yavaş-yavaş torpağı qızdırır, isindirir.

Bu çərşənbədə odu təmizlik, sağlamlıq və gözəllik rəmzi kimi qeyd edirlər. Odla bağlı olan bir çox xalq deyimləri - inanclar, atalar sözləri, andlar, alqışlar bu günə kimi qalmaqdadır. Məsələn: od inamdandır; odla oynayan odsuz qalar; odu söyən qara günə qalar; ocaq dağıdanın ocağı dağılar; ocaq yanında  ... Ardını oxumaq »
Baxışlar: 536 | Əlavə etdi: Natiq | Tarix: 05.03.2013 | Şərhlər (0)

GVB 5 mart - Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı tədbir keçirib
Gənc Vətənpərvərlər Birliyi  5 mart Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə "İdmanın inkişafı sağlam nəsil, basılmaz ordu və bayrağı daim yüksəklərdə dalğalanan Vətən deməkdir” mövzusunda tədbir keçirib. Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə "Ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrində fiziki hazırlıq vasitəsilə Dövlət rəmzlərinin təbliği üzrə yeni təşəbbüslər” adlı layihəsi çərçivəsində keçirilən tədbirdə layihənin əlaqələndiricisi Nuru Quliyev məqsəd və vəzifələrdən danışıb.
GVB sədri, Karate üzrə Azərbaycanın fəxri bədən tərbiyəsi və idman işçisi Müqamət Əliyev qeyd edib ki, idmanın inkişafı sağlam nəsil, basılmaz ordu deməkdir: "Azərbaycanda idmanın inkişafı kütləvi bədən tərbiyəsinin təməlini qoyan, növündən asılı olmayaraq idmanı inkişaf etdirən, beynəlxalq arenada tanıdan məhz ulu öndər Heydər Əliyev olub ... Ardını oxumaq »
Baxışlar: 800 | Əlavə etdi: Natiq | Tarix: 05.03.2013 | Şərhlər (0)

Axtarış
Təqvim
«  Mart 2013  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Yazıların arxivi
Design by UsiGroup  © 2024