Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » Arxiv
GVB Şuranın dəstəyi ilə “Narkotiklərdən əl çəkək” layihəsinə start verdi
qhtxeber.az// Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə Gənc Vətənpərvərlər Birliyi “Narkotiklərdən əl çəkək” devizi altında gənclərin iştirakı ilə regionlara avto-turun təşkil olunması və idman yarışlarının keçirilməsi” adlı layihəyə bu gündən start verdi. qhtxeber.az-ın məlumatına əsasən, üc ay müddətində həyata keçiriləcək layihənin bir neçə mərhələdə icra olunması nəzərdə tutulub. Layihənin 1-ci mərhələsində maarifləndirmə məqsədi ilə orta ümumtəhsil, orta ali ixtisas və ali məktəblərdə, idman cəmiyyətlərində gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların sağlam həyat tərzi prinsiplərinə riayət etməsi, müxtəlif zərərli vərdişlərin təsirinə düşmək istiqamətində riskli davranışlara yol verməməsi ilə bağlı QİÇS, narkomaniya, içki aludəçiliyinə, siqaret çəkmək kimi zərərli vərdişlərə yiyələnmənin mənfi tərəfləri, narkotiklərə qarşı hüquq-m ... Ardını oxumaq »
Baxışlar: 731 | Əlavə etdi: GVB | Tarix: 27.03.2012 | Şərhlər (0)

QHT sədrinin Novruz arzuları
qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyev Novruz bayramı münasibətilə QHT sektoru təmsilçilərini M.Əliyev qhtxeber.az-a bildirdi ki, milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini ən incə çalarlarınadək nümayiş etdirən Novruz bayramı əsrlərin sınağından çıxmış gözəl adət-ənənələri özündə cəmləşdirir. Həmin adət-ənənələr bu gün də çox sevilir, uca tutulur və layiqincə qorunub yaşadılır. Min illər boyu qeyd edilən mübarək Novruz torpağın oyanışını, təbiətin yenilənməsini və bəşərin intibahını təcəssüm etdirir. Bu bayramda savaşlar dayandırılır, küsülülər barışır, insanlar sevinclərini və sabaha ümidlərini bir-biri ilə bölüşürlər.
QHT sədri vurğuladı ki, hər yeni Novruz bayramı dövlətimiz və millətimizin uğurlu inkişafının göstəricisinə çevrilir, Qarabağda qələbəmizə inam və əzmimizi artırır: “Biz əminik ki, inşallah, gün gələcək və biz Novruzu doğma Qarabağda- Xankəndində, Şuşada, Laçında, Kəlbəcərdə qa ... Ardını oxumaq »
Baxışlar: 656 | Əlavə etdi: GVB | Tarix: 17.03.2012 | Şərhlər (0)

8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Beynəlxalq Qadınlar Gününün bayram edilməsi K.Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında (Kopenhagen) qərara alınıb. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilmişdir. Rusiyada 1913-cü ildə, Azərbaycanda isə 1917-ci ildə qeyd edilib. 1914-cü ilədək Beynəlxalq Qadınlar Günü müxtəlif günlərdə keçirilirdi. Beynəlxalq Qadınlar Gününün 8 Martda keçirilməsi Avstriya, Macarıstan, Rusiya, ABŞ və s. ölkə qadınları öz həmrəylik gününü məhs bu tarixdə qeyd edəndən sonra ənənənə halını aldı. O vaxtdan bütün ölkələrdə qadınlar 8 Mart gününü, həmçinin sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü kimi qeyd olunur. Əziz xanımlar! Si ... Ardını oxumaq »
Əlavə: Image 1
Baxışlar: 744 | Əlavə etdi: GVB | Tarix: 08.03.2012 | Şərhlər (0)

Bu haqda məlumatı GVB sədri Müqamət Əliyev vermişdir. Onun bildirdiyinə görə təşkilatın fəal üzvləri, şöbə müdirləri, müşavirlər və sədr özü 26 fevral Xocalı faciəsinin 20ci ildönümü ilə əlaqədar keçirilmiş milli yürüşdə iştirak etmiş, abidə önünə əklil qoymuşdur.
Müqamət Əliyev həm də qeyd etmişdir ki, artıq uzun müddətdir GVB Xocalı faciəsi haqda silsilə tədbirlər keçirmiş, maarifləndirmə işləri aparmış, Azərbaycanda yaşayan əcnəbilərə bu qətliam barədə məlumat vermişdir.
Baxışlar: 483 | Əlavə etdi: GVB | Tarix: 27.02.2012 | Şərhlər (0)

qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlərini davam etdirir. qhtxeber.az-ın məlümatına əsasən, növbəti tədbiri giriş sözü ilə açan GVB-nin orta ixtisas məktəbləri ilə əlaqələr şöbə müdiri Nigar Abıyeva qeyd etdi ki, fevralda elan olunan Xocalı ayının məqsədi Xocalı faciəsinin XX əsrin ən dəhşətli faciəsi olduğunu anlatmaq üçün ümumtəhsil məktəblərində, idman cəmiyyətlərində gənclər və yeniyetmələr arasında maarifləndirmə işlərini gücləndirməkdir. O bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən QHT-lər dünya ictimayyətinin, Beynəxalq Təşkilatların, insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların diqqətini bir daha Xocalı soyqırımına cəlb edərək onları bu vəhşiliyə, özbaşınalığa, bu misli görünməmiş ədalətsizliyə öz münasibətlərini bildirmələrinə nail olmalıdırlar.
GVB sədri Muğan Əliyev isə vurğuladı ki, bu faciə unudulmamalı, yaddaşlarda yaşamalı , gələcək nəsil də bilməlidir ki, düşmənlərimiz bizim başımıza nə oyun açıblar: ... Ardını oxumaq »
Baxışlar: 669 | Əlavə etdi: GVB | Tarix: 20.02.2012 | Şərhlər (0)

Bildiyimiz kimi Gənc Vətənpərvərlər Birliyinin sədri Müqamət Əliyev həm də şerq elbeyaxa döyüş növleri üzre idman ustası, Karate-do üzre 4-cü dan qara kemer sahibi, Respublika dereceli hakim, meşqçidir. Bir çox keçirilen Respublika ve MDB ölkeleri çempionatlarında 1-ci yerin qalibi olmuş, Azerbaycan Kontakt , Ciu-citsu ve Karate-do federrasiyalarının vitse-prezidenti ve Azerbaycan Respublikasının Fexri Beden Terbiyesi ve İdman işçisidir.
Və onun yetişdirdiyi tələbələr də müəllimlərinin etimadını doğruldur, onun yolunu gedirlər. Bugün ki, xəbərimizdə qara kəmər ustası Müqamət Əliyevin tələbələrinə keçdiyi məşqin video gorüntülərini sizə təqdim edirik.
Baxışlar: 679 | Əlavə etdi: GVB | Tarix: 17.02.2012 | Şərhlər (0)

Gənc Vətənpərvərlər Birliy 2 fevral Gənclər Gününə həsr olunmuş “Vətəni, torpağı müdafiə etmək hər bir gəncin müqəddəs borcudur” mövzusunda tədbir keçirib.
Tədbirdə GVB-nin İdarə Heyətinin üzvləri, yerli şöbələr, idmançılar, məşqçilər, QHT nümayəndələri iştirak ediblər. qhtxeber.az-ın məlumatına görə, tədbiri GVB-nin Humanitar və Mədəniyyət şöbəsinin müdüri N.Qaçayev acaraq tədbir iştirakçılarını Gənclər Günü münasibəti ilə təbrik etdikdən sonra sözü GVB-nin sədri Muqmat Əliyevə verdi. Əliyev qeyd etdi ki, respublika prezidenti İlham Əliyev tərəfindən gənclərə göstərilən qayğı onların intellektual və fiziki potensiallarını daha da inkişaf etdirmək ücün hər cür çəraitin yaradılmasını təmin edir, gənclərin inkişafı yönündə coxsaylı proqram və layihələr həyata keçirilir: O qeyd etdi ki, 2 fevral Gənclər Günü kimi Ulu öndər H.Əliyevin sərəncamına əsasən 1996-cı ildən qeyd olunur. Prezident tərəfindən 2012-ci ilin “İdman İli” elan edilməsini önə çəkən Əliyev gənclərə tövsiyyə olaraq ... Ardını oxumaq »
Baxışlar: 658 | Əlavə etdi: GVB | Tarix: 30.01.2012 | Şərhlər (0)

Bu gün Gənc Vətənpərvərlər Birliyi DİN-in Daxili Qoşunlar Baş İdarəsi ilə birgə 2 fevral Gənclər gününə həsr olunmuş “Azərbaycanın gəncləri Azərbaycanın gələcəyidir” mövzusunda tədbir keçirdi. Gənc Vətənpərvərlər Birliyindən qhtxeber.az-a verilən məlumata görə, tədbirdə DİN-in Daxili Qoşunlar Baş İdarəsinin şəxsi heyəti, zabit və gizirləri iştirak ediblər.

Tədbirdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar komandanının birinci müavini, Qərargah rəisi general-mayor Şirin Xəlilov çıxış edərək tədbir iştirakcılarını qarşıdan gələn gənclər günü münasibəti ilə təbrik etdi. Sonra GVB-nin sədri Müqamət Əliyev ölkəmizin çətin vaxtlarında Daxili Qoşunlarda xidmət edən şəxsi heyətin səy və xidmətlərindən, Azərbaycanın ərazi bütövlüyü uğrunda cəsarətlə vuruşmalarından, həmçinin torpaqlarımızın qorunması uğrunda şəhid olanlar barədə danışdı. Eləcə də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun sücaətləri yada salan M.Əliyev qeyd etdi ki, Mübariz vətənpərvər oğul, xalqını, milləti ... Ardını oxumaq »
Baxışlar: 689 | Əlavə etdi: GVB | Tarix: 27.01.2012 | Şərhlər (0)

qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi Fransa Senatında uydurma erməni soyqırımını inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsinin qəbuluna etiraz olaraq dəyirmi masa təşkil edib. qhtxeber.az-ın məlumatına əsasən, tədbirdə Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyev bildirib ki, senatda belə bir qanun layihəsinin qəbulu insan hüquq və azadlıqlarına, beynəlxalq hüquqa ziddir. “Fransa Senatı tərəfindən uydurma erməni soyqırımını inkar edənlərin cəzalandırılması haqqında belə bir qərarın çıxarılması absurddur. Tarixçilərin araşdırmalı olduğu məsələyə dair Senat necə belə qəti qərar qəbul edə bilər, bu anlaşılan deyil. Elə isə faktların, dəlillərin soyqırım olduğunu sübut edən Xocalı faciəsini niyə Fransa soyqırım kimi qəbul etmir? Haqq-ədalət, insan hüquqlarının qorunması, beynəlxalq hüquq bəs hardadır? Azərbaycan həmişə Türkiyənin yanında olub, bundan sonra da olacaqdır. Təbii ki, bu məsələdə Azərbaycan ictimaiyyəti öz sərt mövqeyini bildirməlidir”. Tədbirdə bildiril ... Ardını oxumaq »
Baxışlar: 543 | Əlavə etdi: GVB | Tarix: 25.01.2012 | Şərhlər (0)

qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi 20 yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş “20 yanvar faciəsi qan yadaşımızdır” mövzusunda tədbir keçirdi. qhtxeber.az-ın məlumatına əsasən, tədbiri GVB-nin sədri Muğan Əliyev ulu öndər Heydər Əliyevin və şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdikdən sonra 20 yanvar faciəsində baş verənlər barədə ətraflı danışdı. O, qeyd etdi ki,19 yanvar 1990-cı ildə Bakı və ətraf rayonlarda Sovet imperiyasınn təşkil etdiyi başda M.Qarbaçov olmaqla, SSRİ daxili işlər naziri Bakatin, SSRİ müdafiə naziri Yazov və başqalarının iştirakı ilə dinc əhaliyə silah tətbiq edərək Bakı şəhərində 131 nəfər xüsusi amansızcasına qətlə yetirildi. Həmin hadisdələr zamanı 800 nəfərdən çox adam yaralandı, 200 mənzil talan edilərək yandırıldı, 80 avtomobil, o cümlədən təcili yardım maşınları, küllü miqdarda dövlət əmlakına ziyan vuruldu. M.Əliyev bir daha tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, o vaxt ölkədə milli-azadlıq mübarizəsi açıq xarakter daşımağa baş ... Ardını oxumaq »
Baxışlar: 653 | Əlavə etdi: GVB | Tarix: 16.01.2012 | Şərhlər (0)

« 1 2 ... 60 61 62 63 64 ... 78 79 »
Axtarış
Təqvim
«  Aprel 2024  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024