Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2014 » Fevral » 20 » Şuranın dəstəyilə yeni layihəyə start verildi
15:24
Şuranın dəstəyilə yeni layihəyə start verildi
Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gənclər arasında milli-hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlərin keçirilməsi” adlı layihəyə start verib. 
Bu münasibətlə Bakı Mətbuat Mərkəzində (BMM) konfrans keçirilib. 

qhtxeber.az-ın məlumatına görə, tədbirdə GVB-nin idarə heyəti, Birliyin yerli təşkilatlarının təmsilçiləri və fəxri üzvləri iştirak ediblər. Konfransı giriş sözü ilə açan idarə heyətinin üzvü M. Seyidov gündəlikdə duran məsələlər barədə tədbir iştirakçılarını tanış edib. Birliyin sədri, layihə rəhbəri M.Əliyev bildirib ki, layihənin müddəti 19 fevral -19 may tarixlərini əhatə edir. 

Layihə üzrə təşkilat komitəsinin üzvü N. Qaçayev icra olunan layihənin 3 ay müddətində Bakının qəsəbə və kəndlərdə həyata keçiriləcəyini konfrans iştirakçılarının diqqətinə çatdırıb. 

Qeyd edək ki, layihənin əsas məqsədi gənclərin milli hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi, onların narkomaniyadan və pis vərdişlərdən uzaq olması üçün ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrində və eyni zamanda idman cəmiyyətlərində bu istiqamətdə marifləndirmənin və idman tədbirlərinin keçirilməsidir. 

Hamlet
Baxışlar: 513 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Fevral 2014  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
232425262728
Yazıların arxivi
Design by UsiGroup  © 2024