Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2018 » May » 2 » QHT Şurasının dəstəklədiyi layihə çərçivəsində tədbir keçirilib.
08:57
QHT Şurasının dəstəklədiyi layihə çərçivəsində tədbir keçirilib.
QHT Şurasının dəstəklədiyi layihə çərçivəsində tədbir keçirilib.

Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB)Azərbaycan Respublikası Prezidenti yanında Qeyri -Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə dəstəyi ilə ““Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullarla bağlı əhalinin maarifləndirilməsi üçün tədbirlərinin keçirilməsi ” adlı layihə çərçivəsində Səbail rayon M.Rahim adına 7 nömrəli tam orta məktəbdə “Orqanizmlərin geni necə dəyişdirilir,GMO məhsullarından necə qorunaq, mövzularında elmi nəzəri praktik konfrans keçirilib.
Səbail rayonu M.Rahim adına 7 nömrəli tam orta məktəbdə keçirilmiş tədbirdə rayon ictimaiyyət nümayəndələri, QHT-lərin, KİV-in və GVB-nin fəxri üzvləri iştirak ediblər.
Əvvəlcə Ulu öndər, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Səbail rayonu M.Rahim adına 7 nömrəli tam orta məktəbin direktoru Könül Həsənova bildirdi ki, GMO-lar insan sağlamlığından başqa, ətraf mühitə, torpağa, su hövzələrinə, biomüxtəlifliyə böyük ziyan vura biləcəyini diqqətə çatdırdı . Layihə rəhbəri M .Əliyev bildirdi ki,Gen mühəndisliyi təbiətdə bioloji müxtəlifliyin rəngarəngliyindən istifadə etməklə, genlərlə manipulyasiya edərək, onların bir orqanizmdən digərinə köçürülməsi deməkdir.
Gənclərin Töhfəsi İctimai Birliyin icraçı direktoru, qida təhlükəsizliyi İctimai monitorinq qrupunun üzvü, “Sağlam qidalanma və Qida təhlükəsizliyi” üzrə ekspert-könüllü təlimçi M. Hüseyinova bildirdi ki, GDO-lu məhsullar qida kimi kifayət qədər faydalı və kalorili olmaya bilər ya da həzmi çətin olar. Belə orqanizmlərin toksik, allergik, teratogenik (ana bətnində məruz qalan körpədə görülən struktur anomaliyaları) zərərləri ola bilər.
Tədbirdə çıxış edənlər , Gənclərin Töhfəsi İctimai Birliyin sədri A. Vəliyev ,Nəsimi rayon 19 saylı tam orta məktəbin hərbi müəllimi, qarabağ qazisi İ.Əzimov ,internet-ekspress qəzetinin təsisçisi V.Əlibəyli,rayon ictimaiyyət nümayəndəsi A.Əsədli və digərləri çıxış edərək bildiriblər ki, İctimai narahatlığa səbəb olan məsələ GMO qidaların insan sağlamlığına vura biləcəyi fəsadlardır.Bu sahədə mütamadi olaraq əhali arasında maarifləndirməni güçləndirmək lazımdır. Daha sonra Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullar mövzusunda sinif otaqlarında açıq dialoq şəklində davam edən tədbirdə fəal gənclər müzakirə olunan mövzu ilə bağlı təkliflərini bildiriblər.
Sonda mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olunmuş suallar cavablandırılmış və Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsulları haqqında ümumi anlayış və terminalogiya mövzularında yuxarı sinif şagirdlərə,qonaqlara maarifləndirici buklek paylanmışdır. Layihə iştirakçıları əsasən 16 yaşlar arası olan gənclərdən ibarət olub. Tədbirin keçirilməsində əsas məqsəd bu günümüzün vacib məsələsi Genetik modifikasiya olunmuş Orqanizmli (GMO) məhsulların cəmiyyətə verdiyi ziyanlar haqqında araşdırma aparmaq, bu barədə əhalini məlumatlandırmaqdır.

.
GVB-n Mətubat və İnformasiya şöbəsi
Baxışlar: 250 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  May 2018  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024