Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2015 » Fevral » 2 » QHT Gənclər günü ilə bağlı təbbir keçirib + - Çap Yerləşdirilib: 02.02.15
14:32
QHT Gənclər günü ilə bağlı təbbir keçirib + - Çap Yerləşdirilib: 02.02.15
QHT Gənclər günü ilə bağlı təbbir keçirib
+ - Çap Yerləşdirilib: 02.02.15 | Baxılıb: 5

qhtxeber.az// GəncVətənpərvərlər Birliyi Gənclər günü münasibətilə Səbayil rayon 2 saylı Humanitar və texniki elmlər liseyində “Vətəni torpağı müdafiə etmək hər bir gənc üçün müqəddəs olmalıdır” mövzusunda elmi nəzəri praktik konfrans və idman tədbiri keçirib.

qhtxeber.az-a verilən məlumata görə, konfransı giriş sözü ilə acan Liseyin direktoru B. Mustafayev öncə gənclər günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, sonra icra olunan layihənin vacibliyindən söhbət acıb.

Sonra çıxış edən Birliyin sədri M. Əliyev bildirib ki, ölkəmizdə gənc nəslə göstərilən diqqət və qayğı birbaşa dövlət siyasəti ilə bağlıdır. M. Əliyev gənclərlə bağlı layihə və proqramların uğurla həyata keçirildiyini söyləyib və vurğulayıb ki, Gənclər və İdman Nazirliyinin bu istiqamətdə fəaliyyəti xüsusilə qeyd edilməlidir.

1994- cü ilin iyun ayının 26-da Gənclər və İdman Nazirliyinin yaradıldığına diqqət çəkən M. Əliyev 2002- ci ildə “Gənclər siyasəti haqqında” qanunun qəbul edildiyini deyib: “Qanunda gənclər siyasətinin əsas prinsipləri öz əksini tapıb. Gənclərin Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması qanunun əsasını təşkil edir. Gənclərin yaradıcılıq qabiliyyətinin üzə çıxarılması, ölkənin inkişafına və ümummilli problemlərinin həllinə səfərbər olunması əsas istiqamətlər kimi müəyyənləşdirilib. Azərbaycanımızı müstəqil bir dövlət olaraq inkişaf etdirən, Ulu Öndərimizin siyasi kursunu layiqincə yerinə yetirən prezident İlham Əliyev gənclərin hərtərəfli inkişafına lazımı yardım göstərir”.
Konfrans başa çatdıqdan sonra gənclərlə diskussiyalar aparılıb, verilən müxtəlif suallar cavablandırılıb.

Tədbirdə iştirak edən məktəbin pedaqoji kollektivinə, ictimaiyyət nümayəndələrinə, qonaqlara, valideynlərə rəngli bukletlər və H. Əliyevin əksi olunmuş döş nişanı paylanıb və “Vətən uğrunda mübarizəyə hazır ol” devizi altında idman yarışı məktəbin idman zalında davam etdirilib, qaliblərə fəxri diplom və hədiyyələrl təqdim edilib.

Qeyd edək ki, tədbir QHT-nin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə icra etdiyi “Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və milli-mənəvi dəyərlərin təbliği” layihəsi çərçivəsində təçkil olunub.
Baxışlar: 713 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Fevral 2015  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
Yazıların arxivi
Design by UsiGroup  © 2024