Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2018 » İyun » 5 » Önəmli olan, məhsulun tərkibi və bizim sağlamlığımızdır, Çalışaq, sağlam olaq “ mövzusunda tədbir keçirilib
13:52
Önəmli olan, məhsulun tərkibi və bizim sağlamlığımızdır, Çalışaq, sağlam olaq “ mövzusunda tədbir keçirilib
Önəmli olan, məhsulun tərkibi və bizim sağlamlığımızdır, Çalışaq, sağlam olaq “ mövzusunda tədbir keçirilib

Gənc Vətənpərvərlər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullarla bağlı əhalinin maarifləndirilməsi üçün tədbirlərinin keçirilməsi” layihəsi çərçivəsində Nəsimi rayon 111 saylı tam orta məktəbdə “Önəmli olan, məhsulun tərkibi və bizim sağlamlığımızdır,“Çalışaq, sağlam olaq ” mövzusunda elmi nəzəri praktik konfrans keçirilib.
Tədbirdə Nəsimi rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Ramil İsmayılov, ARGTMŞ –n layihələr üzrə koordinatoru Samir Mehrəliyev Azərbaycan Milli Tarix Muzeyinin əməkdaşı Vüqar Xudaverdiyev, 1 saylı uşaq evinin müəlliməsi Aidə Hüseyinova məktəbin müvafiq struktur rəhbərləri, müəllim və şagirdləri, GVİB-in İdarə Heyəti və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan 111 saylı tam orta məktəbin direktoru Jalə Hacıyeva tədbiri açıq elan etdikdən sonra bir dəqiqə sükutla Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu yad edilib. Sonra o qeyd edib ki, Geni dəyişdirilən bu cür meyvə-tərəvəzin fəsadlarının olduğu heç kimə sirr deyil. Hətta bəzi beynəlxalq təşkilatların açıqlamalarında da belə GMO qidalarının sağlamlıq üçün risk potensialının yüksək olduğu açıq-aydın bildirilir. Belə ki, geni modifikasiyaya uğrayan qidaların başqa allergik xəstəliklər olmaqla, orqan çatışmazlığı, immun zəifliyi, hətta bəzən xərçəngə belə yol aça biləcəyi haqqında məlumat verdi.

Birlik sədri, layihə rəhbəri M. Əliyev birliyin qida təhlükəsizliyi istiqamətində gördüyü işlər haqqında danışıb. O, belə tədbirlərin ictimaiyyət üçün mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb. Layihə çərçivəsində buklet nəşr olunduğunu deyən birlik sədri gələcəkdə bu işlərin daha da genişləndirilməli olduğunu qeyd edib. O, GMO-nun qanunla qadağan olunduğunu, prezident İlham Əliyevin bununla bağlı sərəncam imzaladığını bildirib.

Könüllü təlimçi,Kəmalə Məmmədova mövzu ilə bağlı geniş ətraflı danışaraq bildirib ki, meyvə-tərəvəz alarkən diqqətli olmaq lazımdır. O, bu istiqamətdə müəyyən məsləhətlərini bölüşüb.
Tədbirin keçirilməsində əsas məqsəd bu günümüzün vacib məsələsi Genetik modifikasiya olunmuş Orqanizmli (GMO) məhsulların cəmiyyətə verdiyi ziyanlar haqqında araşdırma aparmaq, bu barədə əhalini məlumatlandırmaqdır.
Tədbirdə çıxış edənlər bu yönümlü layihələrin vacibliyindən söz açıblar. Tədbirdə mövzulara aid fotoslaydlar və vidoçarxlar nümayiş olunub, iştirakçıların sualları cavablandırılıb.

GVB-n mətubat və informasiya şöbəsi
Baxışlar: 298 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyun 2018  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024