Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2015 » Dekabr » 9 » Nardaranlı gənclər azərbaycançılıq və vətənpərvərlik ruhunda yetişdirilməlidirlər
18:10
Nardaranlı gənclər azərbaycançılıq və vətənpərvərlik ruhunda yetişdirilməlidirlər
Xəbərlərhttp://xalqqazeti.com/az
Nardaranlı gənclər azərbaycançılıq və vətənpərvərlik ruhunda yetişdirilməlidirlər

Şriftin ölçüsü: Şrifti böyüt Şrifti kiçilt
08.12.2015 11:25 | Oxunma sayı: 228

Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaqda maraqlı olan qüvvələrin ölkəmiz haqqında beynəlxalq aləmdə mənfi rəy yaratmaq cəhdləri həmişəki kimi yenə iflasa uğradı.

Bu vaxta qədər müxtəlif qərəzli beynəlxalq təşkilatlara böhtan və iftiralarla dolu hesabatlar hazırlatdırıb respublikamızın getdikcə artan nüfuzuna xələl gətirmək istəyən qüvvələr bu dəfə öz çirkin niyyətlərini din pərdəsi altında həyata keçirmək istədilər. Lakin bu dəfə də xəbis niyyətləri baş tutmadı. Təəssüf ki, belə xəyanətkarların əlaltısına çevirilən bir qrup tüfeyli və üzüdönük insan terror aktına da əl atdı.

Bakının Nardaran kəndində baş vermiş bu xoşagəlməz hadisə zamanı asayiş keşikçilərinə odlu silahla 2 polis əməkdaşının qətlə yetirilməsi cəmiyyətin bütün üzvlərini hiddətləndirmişdir.Bu hadisə bir daha təsdiqlədi ki, həm dövlət, həm də cəmiyyət olaraq, Nardaranda baş vermiş faciəli hadisə ilə əlaqədar daha qəti addımlar atmağa ehtiyac var. Çünki bu, dövlətçiliyimizə, müstəqilliymizə, ictimai-siyasi sabitliyə və inkişafımıza təhdiddir.

Biz dəfələrlə bəyanat verərək bildirmişik ki, gedib Suriyada və başqa ölkələrdə vuruşaraq və yaxud Azərbaycanda oturub başqa dövlətlərin sifarişlərini yerinə yetirərək həlak olmaq şəhidlik deyil. Biz bunu şərəfsiz ölüm hesab edirik. Şəhidlik əlçatmaz bir zirvədir. Bu zirvəyə hər adam yüksələ bilməz. Yalnız Vətən, xalq, ərazimizin bütövlüyü, dövətçiliyimizin, müstəqilliyimizin müdafiəsi uğrunda canını qurban verənlər şəhidlik zirvəsinə yüksəlirlər. Din pərdəsi altında terrorçuluq edənlərə isə “şəhid” adı verənlər şəhidlərimizin ruhunu təhqir etmiş olurlar.

Nardaranda bir qrup gənci, eləcə də republikamızın müxtəlif regionlarından olan zəif iradəli soydaşlarımızı aldadaraq, bu kəndə gətirib dövlətçiliyə qarşı silahlı mübarizəyə hazırlayanlar elə ermənilərlə eyni əqidədə, eyni məsləkdə olanlardır. Çünki ermənilərin də əsas məqsədi Azərbaycanda iğtişaşlar törətmək, müxtəlif vasitələrlə sabitliyi pozmaq və qarşıdurma yaratmaqdır. Biz belə hallarla Nardaranda baş verən hadisələr zamanı qarşılaşdıq.

Görünür, bu təxribatlara əl atanlar, xarici düşmənlərimizin sifarişlərini yerinə yetirənlər unudurlar ki, Azərbaycan dünyəvi, hüquqi dövlətdir. Bu dövlətin özünəməxsus konstitutusion quruluşu və qanunları var. Amma görünən odur ki, Nardaranda özlərini söz sahibi hesab edənlər bunu qəbul etmək istəmir və öz təsirlərinə saldıqları insanlara, xüsusilə gənclərə məhz bu düşüncəni aşılayırlar. Ancaq unudurlar ki, seçdikləri bu iyrənc yol artıq dövlətçilik əleyhinə terrordur və bunu hər hansı dini heysiyyatın gətirdiyi ərköyünlüklə pərdələmək olmaz.

Azərbaycanın dünyəvi və hüquqi bir dövlət olması artıq beynəlxalq aləmdə də etiraf olunur. Ölkəmizdə İslam dininə dövlət səviyyəsində verilən dəyərlər müsəlman dünyasında yüksək qiymətləndirilir. Belə bir məqamda Nardaranda bir qrup azğınlaşmış şəxsin başı üzərinə başqa bir ölkənin bayrağını qaldırmasına, müxtəlif şüarlar yazılmış lövhələr asmalarına heç bir mənəvi haqqı yoxdur. Çünki onlar Azərbaycanın havasını udur, suyunu içir və çörəyini yeyirlər. Özlərini dindar hesab edən belələri ən azı bu müqəddəs nemətləri qiymətləndirməyi dərk etməliydilər. Bu dövlətin imtiyazlarından ərköyüncəsinə yararlanıb, başqa bir dövlətin bayrağını başı üzərinə qaldırmaq nankorluq və satqınlıqdır. Uzun illərdir ki, bu kəndin sakinləri dövlətin Konstitusiya quruluşunu, qanunlarını, ictimai həyat normalarını inkar etməklə özünəməxsus üsul-idarə modeli tətbiq ediblər.

Gah siyasi məhbus məsələsi, gah kommunal problem, gah da süni yaradılmış hicab iddiası ilə ölkədə qarşıdurma yaratmaq istəyənlər Azərbaycana təzyiq etmək və ölkəmizin getdikcə artan nüfuzuna zərbə vurmaq niyyətində olan xarici qüvvələrin əlində bir alətə çevrildiyini sanki görmürlər.

Din pərdəsi altında yaradılmış qondarma “Müsəlman birliyi” adlı qruplaşmanın əsas məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar, kütləvi iğtişaşlar, terror aktları törətmək idi. Ancaq bu çirkin niyyətlərinə nail ola bilmədilər. Dövlətçiliyin keşiyində həmişə ayıq-sayıq dayanan hüquq-mühafizə orqanlarının əməkdaşları bu dəfə də terrorçuların xəbis niyyətlərini ürəklərində qoydu.

Gənc Vətənpərvərlər Birliyi nardaranlı gənclərə müraciət edərək, onların diqqətinə çatdırır ki, Vətən anadır! Vətən torpağını qorumaqdan şərəfli iş yoxdur. Ölkəmizin inkişafını gözü götürməyənlərin yalan vədlərinə aldanmayın. Gəlin, doğma Azərbaycanımızın ərazi bütövlüyünün, dövlətçiliyimizin və müstəqilliyimizin qorunması ilə fəxr edək, qürur duyaq və bu amal uğrunda çalışacaq!

Müqamət ƏLİYEV,
Gənc Vətənpərvərlər Birliyinin sədri

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.
Baxışlar: 515 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Dekabr 2015  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024