Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2019 » Mart » 5 » Heç vaxt unutmarıq səni, Xocalı!” mövzusunda elmi-praktik konfrans keçirilib - GVİB
11:55
Heç vaxt unutmarıq səni, Xocalı!” mövzusunda elmi-praktik konfrans keçirilib - GVİB
Heç vaxt unutmarıq səni, Xocalı!” mövzusunda elmi-praktik konfrans keçirilib - GVİBhttp://qerbinfo.az/xeber/18567-he-vaxt-unutmar

"Heç vaxt unutmarıq səni, Xocalı!” mövzusunda elmi-praktik konfrans keçirilib - GVİB
Gənc Vətənpərvərlər İctimai Birliyi Səbail rayon 2 saylı texniki Humanitar Elmlər Liseyində "Heç vaxt unutmarıq səni, Xocalı!” mövzusunda elmi-praktik konfrans keçirib.

Əvvəlcə Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

"Heç vaxt unutmarıq səni, Xocalı!” mövzusunda elmi-praktik konfrans keçirilib - GVİB

Qərbinfo.az birlikdəb verilən məlumata istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan GVIB-nin sədri Müqamət Əliyev bildirib ki, şəhid sözü "gördüyünü və bildiyini söyləyən”, "hər hansı bir hadisənin şahidi olan” mənalarına gəlir. O, həmçinin qeyd edib ki, yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin gücləndirilməsi və azərbaycanlılara qarşı törədilən soyqırım haqqında maarifləndirmə işlərinin aparılması vacibdir.
"Heç vaxt unutmarıq səni, Xocalı!” mövzusunda elmi-praktik konfrans keçirilib - GVİB
Tədbirdə Xocalı faciəsinin XX əsrin ən dəhşətli faciəsi olduğu vurğulanıb.

Bildirilib ki, bu faciənin öz qiymətini beynəlxalq aləmdə alması üçün ümumtəhsil məktəblərində, idman cəmiyyətlərində gənclər və yeniyetmələr arasında maarifləndirmə işlərini gücləndirmək lazımdır.

Azərbaycanda fəaliyyət göstərən QHT-lər dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların, insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların diqqətini bir daha Xocalı soyqırımına cəlb etməli, onları bu vəhşiliyə, özbaşınalığa, misli görünməmiş ədalətsizliyə öz münasibətlərini bildirmələrinə nail olmalıdır.

2 saylı texniki Humanitar Elmlər Liseyinin direktoru B. Mustafayev vurğulayıb ki, bəşər tarixində görünməyən XX əsrin ən dəhşətli Xocalı faciəsi unudulmamalı, yaddaşlarda yaşamalı, gələcək nəsil də bilməlidir ki, düşmənlərimiz kimdir və hansı vəhşiliklər törədiblər.

Tədbirin sonunda Gənc Vətənpərvərlər İctimai Birliyi, onun regional şöbələri və üzv olan təşkilatların Xocalı faciəsinin ildönümü ilə bağlı birgə müraciəti qəbul olunub.

Müraciətdə Azərbaycanın tarixən öz azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizə apardığı qeyd olunub. Müraciətdə həmçinin Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən erməni işğalçılarına qarşı mübarizə aparmaq məcburiyyətində qaldığı vurğulanıb: "Xocalı soyqırımı tariximizə qara hərflərlə yazılıb. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Xankəndi ilə Əskəran arasında yerləşən Xocalı şəhərində tarixdə görünməmiş qətliam törədilib.

Bir gecədə 613 dinc əhali, o cümlədən 63 uşaq,106 qadın, 70 qoca öldürülüb. Onlardan 56-sı xüsusi qəddarlıq və işgəncələrlə qətlə yətirilib, 27 ailə tamamilə məhv edilib, 230 ailə başsız qalıb, 1275 nəfər əsir alınıb”,-deyə müraciətdə vurğulanıb.

Sonda Birlik üzvləri "Ana harayı” abidəsini ziyarət edərək faciədə həlak olanları yad ediblər
Baxışlar: 328 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Mart 2019  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Yazıların arxivi
Design by UsiGroup  © 2024