Ana səhifə » 2012»Avqust»22 » GVB-yi GİN-n Gənclər Fondunun maliə dəstəyi ilə "ŞUA"idman sağlamlıq kompleksində tədbir keçirib
13:19
GVB-yi GİN-n Gənclər Fondunun maliə dəstəyi ilə "ŞUA"idman sağlamlıq kompleksində tədbir keçirib
“Hərbi vətənpərvərlik tərbiyəsində hərbi idman oyunlarının rolu” mövzusunda konfrans keçirilib
AZADİNFORM. Gənclər və İdman Nazirliyinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Vətənpərvərlik tərbiyəsində psixoloji amillərin rolu” adlı layihə çərçivəsində Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Milli Karate Fedrasiyası ilə birgə Bakı şəhər Nərimanov rayon “Şüa” idman sağlamlıq kompleksində “Hərbi vətənpərvərlik tərbiyəsində hərbi idman oyunlarının rolu” mövzusunda konfrans və təlim keçirilib. Məlumatı “Azadinform”a GVB-dən veriblər. Konfransda çıxış edən GVB rəhbəri M.Əliyev layihə çərçivəsində keçirilən tədbirlər və onun əhəmiyyətindən bəhs edib. Layihədə iştirak edən ekspert V.Xəlilov, Milli Karate Fedrasiyasının baş katibi C.Seyidov belə layihələrin keçirilməsinin vacibliyindən söz acıb. Konfransdan sonra iştirakçılara rəngli bukletlər, təsvirli köynək və Heydər Əliyevin əksi olan döş nişanı paylanıb.