Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2012 » Yanvar » 27 » DİN-nin Daxili Qoşunların Baş İdarəsində 2 fevral gənclər günü ilə əlaqədar tedbir keçirilib
12:12
DİN-nin Daxili Qoşunların Baş İdarəsində 2 fevral gənclər günü ilə əlaqədar tedbir keçirilib
Bu gün Gənc Vətənpərvərlər Birliyi DİN-in Daxili Qoşunlar Baş İdarəsi ilə birgə 2 fevral Gənclər gününə həsr olunmuş “Azərbaycanın gəncləri Azərbaycanın gələcəyidir” mövzusunda tədbir keçirdi. Gənc Vətənpərvərlər Birliyindən qhtxeber.az-a verilən məlumata görə, tədbirdə DİN-in Daxili Qoşunlar Baş İdarəsinin şəxsi heyəti, zabit və gizirləri iştirak ediblər.

Tədbirdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar komandanının birinci müavini, Qərargah rəisi general-mayor Şirin Xəlilov çıxış edərək tədbir iştirakcılarını qarşıdan gələn gənclər günü münasibəti ilə təbrik etdi. Sonra GVB-nin sədri Müqamət Əliyev ölkəmizin çətin vaxtlarında Daxili Qoşunlarda xidmət edən şəxsi heyətin səy və xidmətlərindən, Azərbaycanın ərazi bütövlüyü uğrunda cəsarətlə vuruşmalarından, həmçinin torpaqlarımızın qorunması uğrunda şəhid olanlar barədə danışdı. Eləcə də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun sücaətləri yada salan M.Əliyev qeyd etdi ki, Mübariz vətənpərvər oğul, xalqını, millətini sevən bir gənc olaraq şəhid oldu və gələcək nəsillər bundan örnək götürməlidirlər.
Ölkəmizdə gənc nəsilə Respublika prezidenti İlham Əliyev tərəfindən göstərilən qayğı və diqqətdən söhbət açan QHT sədri vurğuladı ki, dövlətimiz öz gənclərinin elmi intektual və fiziki potensiallarını daha da inkişaf etdirmək ücün çoxsaylı proqram və layihələr həyata keçirir: “Hər bir gənclər təşkilatı bu qayğı və diqqətə cavab olaraq bütün sahələrdə Azərbaycanın inkişafı və tərəqisi naminə həm daxildə, həm də xaricdə çalışırlar”.
Tədbirin sonunda DİN-in Daxili Qoşunlar Baş komandanının birinci müavini, general-mayor Ş.Xəlilov bu yönlü tədbirlərin keçirilməsinin vacibliyini vurğulayaraq Gənc Vətənpərvərlər Birliyinə Daxili Qoşunlar haqqında kitab, Milli Qəhrəman Mübariz İbrahimovun video kasetini təqdim etdi
Baxışlar: 689 | Əlavə etdi: GVB | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Yanvar 2012  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024