Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2016 » Noyabr » 15 » Gənclər Fondun maliyyə dəstəyi ilə Sumqayıt şəhərində Milli Dirçəliş gününə həsr edilmiş konfrans keçirib
12:22
Gənclər Fondun maliyyə dəstəyi ilə Sumqayıt şəhərində Milli Dirçəliş gününə həsr edilmiş konfrans keçirib
GVB Milli Dirçəliş gününə həsr edilmiş konfrans keçirib
Gənc Vətənpərvərlər Birliyi (GV cool Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə“ Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullarla bağlı əhalinin məlumatlandırılması” adlı layihə çərçivəsində Sumqayıt şəhər “TEYD”İdman Sağlamlıq Mərkəzində Milli dirçəliş gününə həsr olunmuş “Milli dirçəlişdən qüdrətli dövlətçiliyə doğru” və “Geni dəyişdirilmiş Orqanizmlərin zərərli təsirlərin haqqında və təbliğində təlimatçı məşqiçilərin rolu mövzusunda elmi nəzəri praktik konfrans və “GMO yox deyək genefonomuzu qoruyaq”devizi altında karate üzrə yarış keçirilib.
“TEYD” İdman Sağlamlıq Mərkəzində keçirilmiş tədbirdə rayon ictimaiyyət nümayəndələri, QHT-lərin, KİV-in və GVB-nin fəxri üzvləri iştirak ediblər.
Əvvəlcə Ulu öndər, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan birliyin mətbuat və informasiya şöbəsinin koordinatoru P. Səfərov layihə çərçivəsində keçirilən tədbirlərin mahiyyəti barədə məlumat verib. Konfransda layihənin rəhbəri M. Əliyev çıxış edərək bildirdi ki,1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. O vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır. 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.
Layihə üzrə təlimçi Q.Ağalarova qeyd etdi ki, Gen mühəndisliyi yolu ilə alınan, proqramlaşdırılmış bitkilər və heyvanlar yüksək məhsuldarlığa malik olmaqla yanaşı, həm də quraqlığa, soyuğa, duza, pestisidlərə davamlıdır. Onların tərkibində bioloji məhsulların istənilən çeşiddə olmasını təmin etmək olur və eləcə də onları bu və ya digər fermentlərin istehsalçısına çevirmək mümkündür. GMO-lar insan sağlamlığından başqa, ətraf mühitə, torpağa, su hövzələrinə, biomüxtəlifliyə böyük ziyan vura biləcəyini diqqətə çatdırdı. “TEYD” ” İdman Sağlamlıq Mərkəzinin baş təlimatçısı əməkdar məşqiçi R.Məmmədov bu kimi layihələrin keçirilməsinin vacibliyini bildirib və əlavə edib ki, məktəblərdə, idman cəmiyyətlərində Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullarla bağlı gənclərin maarifləndirilməsi və tətbiqi vətənpərvərlik tərbiyəsində böyük rol oynayır.
Tədbirdə çıxış edənlər AMKF –n Sumqayıt şəhəri üzrə nümayəndəsi A.Kərimov ,GVB-nin fəxri üzvü Z.Kazımov,rayon ictimaiyyət nümayəndəsi qarabağ müharibə veteranı R.Veyisov, və digərləri çıxış edərək bildiriblər ki, İctimai narahatlığa səbəb olan məsələ GMO qidaların insan sağlamlığına vura biləcəyi fəsadlardır.Bu sahədə mütamadi olaraq əhali arasında maarifləndirməni güçləndirmək lazımdır. Konfrans başa catdıqdan sonra yeniyetmə və gənclər arasında karate üzrə yarış keçirilib. Qaliblərə mükafat və fəxri diplomlar təqdim edilib, idmançılara, qonaqlara rəngli bukletlər paylanıb.
Layihə iştirakçıları əsasən 16-29 yaş arası olan gənclərdən ibarət olub. Tədbirin keçirilməsində əsas məqsəd bu günümüzün vacib məsələsi Genetik modifikasiya olunmuş Orqanizmli (GMO) məhsulların cəmiyyətə verdiyi ziyanlar haqqında araşdırma aparmaq, bu barədə əhalini məlumatlandırmaqdır.

.
GVB-n Mətubat və İnformasiya şöbəsi
Baxışlar: 413 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Noyabr 2016  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024