Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2016 » Noyabr » 3 » GƏNCLƏR FONDUN DƏSTƏKLƏDİYİ LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ TƏDBİR KEÇİRİLİB,
15:30
GƏNCLƏR FONDUN DƏSTƏKLƏDİYİ LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ TƏDBİR KEÇİRİLİB,
GƏNCLƏR FONDUN DƏSTƏKLƏDİYİ LAYİHƏ ÇƏRÇİVƏSİNDƏ TƏDBİR KEÇİRİLİB,
GƏNC VƏTƏNPƏRVƏRLƏR BİRLİYİ Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə “Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullarla bağlı əhalinin məlumatlandırılması “adlı layihə çərçivəsində Nərimanov rayon “ŞUA” İdman Sağlamlıq Kompleksində ”Geni Modifikasiya Olunmuş məhsullara qəti olaraq yox deyək “mövzularında maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə ,Gənc Vətənpərvərlər Birliyinin şöbə müdirləri, AMEA –n elmi işçisi P. Əzimova, AƏKF-vitse prezidenti “ŞUA”İSK-n təsiscisi Z.Kazımov,Gənclər Fondun məsləhətçisi J.Məmmədova, AMKF təmsilçisi V. Kərimov , İSK-n müəllim heyyəti, rayon İctimaiyyət nümayəndəsi və digər hörmətli şəxslər iştirak edirdi.
Dövlət himni səsləndikdən sonra çıxış edən icraçı direktor R. Məmmədov tədbir iştirakçılarını salamladı və bu tədbirin bu İdman Sağlamlıq Kompkeksində keçirilməsinə görə Birliyə və Gənclər Fonduna İdman Sağlamlıq Kompkeksin kolektivi adından təşəkkürünü bildirdi və o qeyd etdi ki, bu yönümlü layihələrin idman sağlamlıq mərkəzlərində, ümumtəhsil məktəblərində keçirilməsi gənclərdə Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullarla bağlı maarifləndirməni daha da gücləndirir.
Sonra çıxış edən layihə rəhbəri M.Əliyev bildirdio ki , hazırda 120-dən artıq ən müxtəlif kənd təssərrüfatı bitkilərində genetik modifikasiya olunmuş analoqlar yaradılıb. Bunun 64-ü son məlumatlara görə, təsərrüfatlarda tətbiq olunur. 23 ölkə GMO orqanizmləri kənd təsərrüfatı məhsullarında becərir. Sonuncu olaraq Misir bura daxil olub. Bu ölkə 4 qarğıdalı analoqunu Cənubi Afrikadan əldə edib və 4 əyalətdə becərilməsinə icazə verib.
Layihə üzrə təlimçi Q. Ağalarova bildiirdi ki, hazırda 28 ölkədə GMO istehsal edilir ki, həmin ölkələrdə də ümumilikdə 4 milyard insan yaşayır. Dünyada 181 milyon hektar ərazidə geni dəyişdirilmiş məhsullar becərilir. 40-a yaxın ölkə isə öz ərazisinə GMO buraxmır. Bu ölkələrdən biri də Azərbaycandır
Layihə iştirakçıları əsasən gənclərdən ibarət olub. Sonda maarifləndirici materiallar paylanmış suallar cavablandırılmışdır.
Daha sonra Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullar mövzusunda idman bölmələrində açıq dialoq şəklində davam edən tədbirdə fəal gənclər müzakirə olunan mövzu ilə bağlı təkliflərini bildiriblər.

GVB KİV iş üzrə şöbəsi
Baxışlar: 383 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Noyabr 2016  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024