Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2023 » Fevral » 28 » Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası ,Azərbaycan Gənclər Fondun maliyyə dəstəyi, Gənc Vətənpərvərlər İctimai Birliy
15:02
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası ,Azərbaycan Gənclər Fondun maliyyə dəstəyi, Gənc Vətənpərvərlər İctimai Birliy
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası ,Azərbaycan Gənclər Fondun maliyyə dəstəyi, Gənc Vətənpərvərlər İctimai Birliyi təşkilatçılığı ilə üç gün ərzində davam edən “Gənclər vətənpərvərlik ruhunda ” adlı təlim proqramının bağlanış mərasimi keçirilib.

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər Təşkilatları Milli Şurasının həyata keçirdiyi “Gənclər Təşkilatlarının Fəaliyyətinin Dəstəklənməsi” Proqramı – 2.0 çərçivəsində
Gənc Vətənpərvərlər İctimai Birliyi (GVİB) tərəfindən icra olunan “Gənclər Vətənpərvərlik ruhunda ”adlı layihəsinə uyğun Gənclər Təşkilatları Milli Şurasında tələbələr arasında Ulu Öndər Heydər Əliyev irsini öyrənirik ,Vətənpərvərlik, Milli mənəvi dəyərlər və idman siyasətini təbliğ etmək, gənclərimizin bu istiqamətdə bilik, bacarıq və potensialının yüksəldilməsi məqsədilə həyata keçirilən layihənin icra planına uyğun maarifləndirici tədbirlər Gənclər Təşkilatları Milli Şurasında uğurla yekunlaşdı.
Cari ilin yanvar -fevral aylarında Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurasında keçirilən seminarlarda təşkilatçılar, proqram və layihə haqqında məlumatlar verildikdən sonra layihənin təlimçisi, Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Müqamət Əliyevin xüsusi slaydlı təqdimatları ilə mövzu üzrə seminarlar keçirildi.
Təlimçi-ekspert tərəfindən tələbələrə” Ulu Öndər Heydər Əliyev irsini öyrənirik” , “Gənclər vətənpərvərlik ruhunda ”, “Milli –mənəvi dəyərlər ”,” İdmanın inkişafı sağlam nəsil, basılmaz ordu və bayrağı daim yüksəklərdə dalğalanan Vətən deməkdir” və “Dövlətin idman siyasəti gənc nəslin təminatçısıdır”mövzularında gənclər arasında təbliğinə və eləcədə fəal vətəndaşlıq mövqeyinin formalaşmasına dair geniş, əhatəli bilik və məlumatlar verilmiş, gəncləri maraqlandıran suallar cavablandırılmış, qarşılıqlı fikir mübadiləsi və müzakirələr aparılmışdır.
Sonra tələbələrə “Gənclər vətənpərvərlik ruhunda ” adlı maarifləndirici vəsait olan Sertifikat paylanmış və onlar sosial və fərdi inkişaf istiqamətində gələcək fəaliyyətlərə dəvət olunmuşlar.
Tədbirin sonunda layihə çərçivəsində cay sürvəsi təşkil olunmuşdur.
Qeyd edək ki, “ Dövlətin idman siyasəti gənc nəslin təminatçısıdır” adlı tədbir Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası ,Gənclər Fondun dəstəklədiyi layihə çərçivəsində həyata keçirilib.

GVİB-n KİV şöbəsi
Baxışlar: 59 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Fevral 2023  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728
Yazıların arxivi
Design by UsiGroup  © 2024