Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » Arxiv
Genc Vetenperverler Birliyi (GVB) “Novruz Bayramı Birlik qardaşlıq bayramıdır” mövzusunda tedbir keçirib. Tedbirde Birliyin İdare Heyetinin üzvleri, müşavirler, idman federasiyalarının nümayendeleri, meşqçiler, idmançılar ve valideynler iştirak edibler. Tedbirde çıxış eden GVB-in sedri, fexri beden terbiyesi ve idman işçisi Müqamet Eliyev Azerbaycan xalqını Novruz bayramı münasibetile tebrik edib. O, bildirib ki, esrlerden, qerinelerden keçerek bu günümüze qeder gelen Novruz bayramı ölkemizde geniş qeyd olunur. M.Eliyev Novruz bayramının bir çox Türk ve müselman ölkelerinde, o cümleden Orta Asiyada ve Azerbaycanda qeyd olunduğunu söyleyib. Bildirib ki, qedim dövrlerden bu yana xalqımız Novruzu yeni ilin başlanğıcı hesab edib, onu bolluq, bereket ve firavanlığın ezeli kimi remzleşdirib. M.Eliyev Azerbaycanın odlar ölkesi kimi odla bağlı zengin enenelere malik olduğunu, Novruz bayramının tebietin oyanması, ekinçilik teserrüfatının başlanması ile bağlı qeyd olunduğunu söyleyib. Tedbirde G ... Ardını oxumaq »
Baxışlar: 917 | Əlavə etdi: GVB | Tarix: 17.03.2010 | Şərhlər (0)

Birlik gencler arasında vetenperverlik mövzusunda sorğu keçirib. Bakı şeherinde keçirilen sorğuda “Ölkenin herbi qüdretini artırmaq üçün ne etmek lazımdır” sualına sorğuda iştirak eden respondentlerin 50%-den çoxu intellektual seviyyenin artırmalı olduğu teklifini destekleyib.
“Sizce hansı televiziya kanalı vetenperverlik mövzusunda olan verlişlere daha çox üstünlük verir” sualını cavablandıran respondentlerin 50%-i “ANS”i, 11%-i “AzTV”ni, 7%-i “Xezer TV”ni, 7%-i ise “İTV”ni seçib. “Torpaqlarımızın işğalçılardan azad edilmesi barede emr verilerse harada xidmet etmek isterdiniz” sualına respondentlerin 83%-i “Veten çağırırsa, xidmet yeri seçilmir”,-deye bildiribler.
Bu sorğu haqqında qhtXeber.az ve ... Ardını oxumaq »
Baxışlar: 960 | Əlavə etdi: GVB | Tarix: 12.03.2010 | Şərhlər (0)

Azerbaycanda bu bayram 4 milyon 592 min neferi ehate edir
Bu gün Beynelxalq Qadınlar Günüdür. 8 mart postsovet respublikalarında, habele Anqola, Burkina-Faso, Qvineya-Bisau, Kamboca, Çin, Konqo, Laos, Makedoniya, Monqolustan, Nepal, Şimali Koreya ve Uqandada qeyri-iş günü sayılır. BMT de 8 martı Beynelxalq Qadınlar Günü kimi tanıyıb.
Bezi tarixçilerin fikrince, martın 8-nin teqvime qırmızı reqemlerle düşmesinin sebeblerini bilmek üçün 1910-cu ilde hemin günün bayram kimi qeyd olunması teşebbüsünü ireli sürmüş Klara Setkinin şexsiyyetine, xüsusen onun milli mensubiyyetine nezer salmaq lazımdır. Yehudi Klara Setkinin teklif etdiyi 8 Mart günü 1910-cu ilde yehudilerin Purim bayramı ile üst-üste düşürdü (yehudi teqviminde Purim bayramının yeri deyişir). Purim bayramı ise yehudilerde qadın ağlı, eyni zamanda bu milletin özünümüdafie haqlarını simvolize edir.

Bibliya revayetlerine göre, ... Ardını oxumaq »

Baxışlar: 720 | Əlavə etdi: GVB | Tarix: 08.03.2010 | Şərhlər (0)

Bu gün Genc Vetenperverler Birliyinin fexri üzvü olan Memmedov Malik ve Birliyimizin üzvü, teqaüdde olan herbçi Haqverdiyev Elesger beyin doğum günüdür. Bu münasibetle Birliyin bütün üzvleri adından onları tebrik edir, sağlam heyat arzu edirik.
Baxışlar: 568 | Əlavə etdi: GVB | Tarix: 05.03.2010 | Şərhlər (0)

Genc Vetenperverler Birliyi 5 mart Beden Terbiyesi ve İdman günü münasibeti ile tedbir keçirib. Tedbirde çıxış eden teşkilatın sedri Müqamet Eliyev beden terbiyesi ve idman günü münasibeti ile tedbir iştirakçılarını ve idmanseverleri tebrik edib. O qeyd edib ki, idmanın inkişafı sağlam nesil, basılmaz ordu demekdir: “Azerbaycanda idmanın inkişafı kütlevi beden terbiyesinin temelini qoyan, növünden asılı olmayaraq idmanı inkişaf etdiren, beynelxalq arenada tanıdan mehz ulu önderin adı ile bağlıdır”. O vurğulayıb ki, Gencler ve İdman Nazirliyinin yaradılması, Milli Olimpiya Komitesinin işinin tekmilleşdirilmesi müsteqilliyin berpasından sonra Heyder Eliyevin, sonra ise prezident İlham Eliyevin idmana olan qayğı ve diqqetinin tezahürüdür. Tedbirde hemçinin, VKC karate-do üzre Federasiyanın prezidenti Nureddin Quliyev, meşqçi Hamlet Elili, Ebdül Abasquliyev, idmançılar Nuru Quliyev ve diger idmançılar cıxış ed ... Ardını oxumaq »
Baxışlar: 702 | Əlavə etdi: GVB | Tarix: 05.03.2010 | Şərhlər (0)

Genc Vetenperverler Birliyi Gencler ve İdman Nazirliyinin İdman Kompleksinde “Xocalı qan yaddaşımızdır” mövzusunda tedbir keçirib. Tedbirde birliyin İdare Heyetinin üzvleri, idman federasiyalarının nümayendeleri, meşqçiler, idmançılar ve valideyinler iştirak edib. Tedbirde evvelce soyqırım qurbanlarının xatiresi bir deqiqelik sükutla yad edilib. GVB-in sedri Müqamet Eliyev bildirib ki, birliyin İdare Heyetinin qerarı ile fevral ayı “Xocalı soyqrımı XX esrin en dehşetli faciesi” elan olunub. O, GVB-nin Teşkilat Komitesi terefinden fevral ayı erzinde facie ile bağlı silsile tedbirlerin keçirildiyini diqqete çatdırıb. “Ermeniler 1992-ci il fevralın 25-den 26-a keçen gece, Xankendindeki Rusiyanın 366-cı motoatıcı alayanın kömeyi ile Xocalı şeherinde misli görünmemiş soyqırımı heyata keçiribler. Neticede bir gecede 613 dinc ehali, o cümleden 63 uşaq, 106 qadın, 70 qoca öldürülüb. Onlardan 56-sı xüsusi qeddarlıq ve işgencelerle qetle yetirilib, 27 aile tamam mehv edilib, 230 aile başçısını i ... Ardını oxumaq »
Baxışlar: 856 | Əlavə etdi: GVB | Tarix: 27.02.2010 | Şərhlər (0)

Xocalı Soyqırımı

Xocalı soyqırımı — 1992-ci il fevralın 25-den 26-na keçen gece Ermenistan Silahlı Qüvveleri Rusiyanın 366-cı motoratıcı alayının iştirakı ile Xocalı şeherini işğal ederken, etnik azerbaycanlılara qarşı baş vermiş soyqırım.
Bu facie Dağlıq Qarabağ münaqişesi zamanı baş vermiş en dehşetli hadiselerden biridir.
1992-ci il fevralın 25-den 26-na keçen gece Ermenistan silahlı qüvveleri SSRİ dövründen Xankendi (Stepanakert) şeherinde yerleşen 366-cı motoatıcı alayın zirehli texnikası ve herbi heyetinin kömekliyi ile Xocalı şeherini işğal etdi. Hücumdan evvel, fevralın 25-i axşam şeher toplardan ve ağır artileriyadan şiddetli ateşe tutuldu. Neticede, fevralın 26-ı seher saat 5 radelerinde Xocalı tam alova büründü. Mühasireye alınan şeherde qalmış teqriben 2500 nefer xocalılı Ağdam rayonunun merkezine çatmaq ümidi ile şeher ... Ardını oxumaq »
Baxışlar: 12585 | Əlavə etdi: GVB | Tarix: 26.02.2010 | Şərhlər (8)

Genc Vetenperverler Birliyi, onun regional şöbeleri ve üzv olan teşkilatların Xocalı faciesinin ildönümü ile bağlı birge müracieti qebul olunub. Müracietde Azerbaycanın tarixen öz azadlığı, müsteqilliyi, erazi bütövlüyü uğrunda mübarize apardığı qeyd olunub. Müracietde hemçinin Azerbaycanın müsteqilliyinin ilk illerinden etibaren ermeni işğalçılarına qarşı mübarize aparmaq mecburiyyetinde qaldığı vurğulanıb. “Xocalı soyqırımı tariximize qara heriflerle yazılıb. 1992-ci il fevralın 25-den 26-a keçen gece Ermenistan Silahlı Qüvveleri terefinden Xankendi ile Eskeran arasında yerleşen Xocalı şeherinde tarixde görünmemiş qetliam töredilib. Bir gecede 613 dinc ehali, o cümleden 63 uşaq,106 qadın, 70 qoca öldürülüb. Onlardan 56 xüsusi qeddarlıq ve işgencelerle qetle yetirilib, 27 aile tamamile mehv edilib, 230 aile başsız qalıb, 1275 nefer esir alınıb”,-deye müracietde vurğulanıb.

Bu haqda ... Ardını oxumaq »

Baxışlar: 656 | Əlavə etdi: Natiq | Tarix: 20.02.2010 | Şərhlər (0)

Bu gün Qaradağlı faciesinden 18 il ötür. 1988-ci ilde Dağlıq Qarabağda ermeni separatçıları baş qaldırdığı andan Qaradağlı kendinin de facieli günleri başlandı. Kend ehalisi doğma yurdu, her qarışı, her daşı uğrunda mübaize apardı, 800-e yaxın sakinden 77 neferi ermenilere qarşı qeyri-beraber döyüşlerde şehid oldu.
1990-cı il noyabrın 24-de 3 nefer kend sakini Xocavend-Xankendi yolunun 6 kilometrliyinde ermeni quldurları terefinden vehşicesine qetle yetirildi. 1991-ci il yanvarın 9-da kende gelen UAZ markalı avtomaşın ermeniler terefinden ateşe tutuldu, bir nefer öldürüldü, 4 nefer yaralandı. Onlardan 2-si sonralar aldığı yaralardan dünyasını deyişdi. Ermeniler 1991-ci il martın 8-de kendin yaxınlığında 2 neferi vehşicesine qetle yetirdiler. Hemin il iyunun 28-de kendin 3 kilometrliyindeki fermada 6 sakin - 3 kişi ve 3 qadın diri-diri yandırıldı. 1991-ci il sentyabrın 8-de Ağdamdan Qaradağlıya gelen ser ... Ardını oxumaq »
Baxışlar: 1176 | Əlavə etdi: GVB | Tarix: 17.02.2010 | Şərhlər (0)

Hörmetli vetenperverler !

Dünya miqyasında bele bir sayt var : http://www.votethenation.com/
Bu saytın menası nedir?: saytın adının ingilis dilinden dövlete ( millete ) ses verin kimi tercüme olunur. Demeli bütün dünyadan bu sayta girerek istenilen bir dövlete ses vermek olur. Hal-hazırda AZERBAYCAN 30013 ses ile birinci yerdedir. İkinci yerde ise menfur düşmenlerimiz ermenilerdir. Onların bizi keçmesine imkan vermemek ve birinciliyimizi qorumaq üçün her kesi bu sayta girib bizim dövlete ses vermeye çağırıram.
Nece ses vermek olar ?: Her kes her 6 saatdan bir 3 ses vere biler. Her kes istenilern bir dövletin hem eleyhine hem de lehine ses vere biler. Sayta girdikden sonra açılan ana sehifede "select country" sahesinden her hansı bir ölkeni seçib şekilde gösterilen kodu boş saheye daxil edib, "SAVE AND VO ... Ardını oxumaq »
Baxışlar: 747 | Əlavə etdi: GVB | Tarix: 13.02.2010 | Şərhlər (2)

« 1 2 ... 64 65 66 67 68 ... 71 72 »
Axtarış
Təqvim
«  İyul 2020  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2020