Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » Arxiv
8 Mart - iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Beynəlxalq Qadınlar Gününün bayram edilməsi K.Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların 2-ci Beynəlxalq konfransında (Kopenhagen) qərara alınıb. İlk dəfə 1911-ci ildə Almaniya, Avstriya, İsveçrə və Danimarkada keçirilmişdir. Rusiyada 1913-cü ildə, Azərbaycanda isə 1917-ci ildə qeyd edilib. 1914-cü ilədək Beynəlxalq Qadınlar Günü müxtəlif günlərdə keçirilirdi. Beynəlxalq Qadınlar Gününün 8 Martda keçirilməsi Avstriya, Macarıstan, Rusiya, ABŞ və s. ölkə qadınları öz həmrəylik gününü məhs bu tarixdə qeyd edəndən sonra ənənənə halını aldı. O vaxtdan bütün ölkələrdə qadınlar 8 Mart gününü, həmçinin sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər. 1965-ci ildən keçmiş SSRİ-də 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü elan olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü kimi qeyd olunur. Əziz xanımlar! Si ... Ardını oxumaq »
Əlavə: Image 1
Baxışlar: 744 | Əlavə etdi: GVB | Tarix: 08.03.2012 | Şərhlər (0)

Bu haqda məlumatı GVB sədri Müqamət Əliyev vermişdir. Onun bildirdiyinə görə təşkilatın fəal üzvləri, şöbə müdirləri, müşavirlər və sədr özü 26 fevral Xocalı faciəsinin 20ci ildönümü ilə əlaqədar keçirilmiş milli yürüşdə iştirak etmiş, abidə önünə əklil qoymuşdur.
Müqamət Əliyev həm də qeyd etmişdir ki, artıq uzun müddətdir GVB Xocalı faciəsi haqda silsilə tədbirlər keçirmiş, maarifləndirmə işləri aparmış, Azərbaycanda yaşayan əcnəbilərə bu qətliam barədə məlumat vermişdir.
Baxışlar: 483 | Əlavə etdi: GVB | Tarix: 27.02.2012 | Şərhlər (0)

qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlərini davam etdirir. qhtxeber.az-ın məlümatına əsasən, növbəti tədbiri giriş sözü ilə açan GVB-nin orta ixtisas məktəbləri ilə əlaqələr şöbə müdiri Nigar Abıyeva qeyd etdi ki, fevralda elan olunan Xocalı ayının məqsədi Xocalı faciəsinin XX əsrin ən dəhşətli faciəsi olduğunu anlatmaq üçün ümumtəhsil məktəblərində, idman cəmiyyətlərində gənclər və yeniyetmələr arasında maarifləndirmə işlərini gücləndirməkdir. O bildirdi ki, Azərbaycanda fəaliyyət göstərən QHT-lər dünya ictimayyətinin, Beynəxalq Təşkilatların, insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların diqqətini bir daha Xocalı soyqırımına cəlb edərək onları bu vəhşiliyə, özbaşınalığa, bu misli görünməmiş ədalətsizliyə öz münasibətlərini bildirmələrinə nail olmalıdırlar.
GVB sədri Muğan Əliyev isə vurğuladı ki, bu faciə unudulmamalı, yaddaşlarda yaşamalı , gələcək nəsil də bilməlidir ki, düşmənlərimiz bizim başımıza nə oyun açıblar: ... Ardını oxumaq »
Baxışlar: 668 | Əlavə etdi: GVB | Tarix: 20.02.2012 | Şərhlər (0)

Bildiyimiz kimi Gənc Vətənpərvərlər Birliyinin sədri Müqamət Əliyev həm də şerq elbeyaxa döyüş növleri üzre idman ustası, Karate-do üzre 4-cü dan qara kemer sahibi, Respublika dereceli hakim, meşqçidir. Bir çox keçirilen Respublika ve MDB ölkeleri çempionatlarında 1-ci yerin qalibi olmuş, Azerbaycan Kontakt , Ciu-citsu ve Karate-do federrasiyalarının vitse-prezidenti ve Azerbaycan Respublikasının Fexri Beden Terbiyesi ve İdman işçisidir.
Və onun yetişdirdiyi tələbələr də müəllimlərinin etimadını doğruldur, onun yolunu gedirlər. Bugün ki, xəbərimizdə qara kəmər ustası Müqamət Əliyevin tələbələrinə keçdiyi məşqin video gorüntülərini sizə təqdim edirik.
Baxışlar: 678 | Əlavə etdi: GVB | Tarix: 17.02.2012 | Şərhlər (0)

Gənc Vətənpərvərlər Birliy 2 fevral Gənclər Gününə həsr olunmuş “Vətəni, torpağı müdafiə etmək hər bir gəncin müqəddəs borcudur” mövzusunda tədbir keçirib.
Tədbirdə GVB-nin İdarə Heyətinin üzvləri, yerli şöbələr, idmançılar, məşqçilər, QHT nümayəndələri iştirak ediblər. qhtxeber.az-ın məlumatına görə, tədbiri GVB-nin Humanitar və Mədəniyyət şöbəsinin müdüri N.Qaçayev acaraq tədbir iştirakçılarını Gənclər Günü münasibəti ilə təbrik etdikdən sonra sözü GVB-nin sədri Muqmat Əliyevə verdi. Əliyev qeyd etdi ki, respublika prezidenti İlham Əliyev tərəfindən gənclərə göstərilən qayğı onların intellektual və fiziki potensiallarını daha da inkişaf etdirmək ücün hər cür çəraitin yaradılmasını təmin edir, gənclərin inkişafı yönündə coxsaylı proqram və layihələr həyata keçirilir: O qeyd etdi ki, 2 fevral Gənclər Günü kimi Ulu öndər H.Əliyevin sərəncamına əsasən 1996-cı ildən qeyd olunur. Prezident tərəfindən 2012-ci ilin “İdman İli” elan edilməsini önə çəkən Əliyev gənclərə tövsiyyə olaraq ... Ardını oxumaq »
Baxışlar: 658 | Əlavə etdi: GVB | Tarix: 30.01.2012 | Şərhlər (0)

Bu gün Gənc Vətənpərvərlər Birliyi DİN-in Daxili Qoşunlar Baş İdarəsi ilə birgə 2 fevral Gənclər gününə həsr olunmuş “Azərbaycanın gəncləri Azərbaycanın gələcəyidir” mövzusunda tədbir keçirdi. Gənc Vətənpərvərlər Birliyindən qhtxeber.az-a verilən məlumata görə, tədbirdə DİN-in Daxili Qoşunlar Baş İdarəsinin şəxsi heyəti, zabit və gizirləri iştirak ediblər.

Tədbirdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar komandanının birinci müavini, Qərargah rəisi general-mayor Şirin Xəlilov çıxış edərək tədbir iştirakcılarını qarşıdan gələn gənclər günü münasibəti ilə təbrik etdi. Sonra GVB-nin sədri Müqamət Əliyev ölkəmizin çətin vaxtlarında Daxili Qoşunlarda xidmət edən şəxsi heyətin səy və xidmətlərindən, Azərbaycanın ərazi bütövlüyü uğrunda cəsarətlə vuruşmalarından, həmçinin torpaqlarımızın qorunması uğrunda şəhid olanlar barədə danışdı. Eləcə də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun sücaətləri yada salan M.Əliyev qeyd etdi ki, Mübariz vətənpərvər oğul, xalqını, milləti ... Ardını oxumaq »
Baxışlar: 689 | Əlavə etdi: GVB | Tarix: 27.01.2012 | Şərhlər (0)

qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi Fransa Senatında uydurma erməni soyqırımını inkar edənlərin cəzalandırılması haqqında qanun layihəsinin qəbuluna etiraz olaraq dəyirmi masa təşkil edib. qhtxeber.az-ın məlumatına əsasən, tədbirdə Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyev bildirib ki, senatda belə bir qanun layihəsinin qəbulu insan hüquq və azadlıqlarına, beynəlxalq hüquqa ziddir. “Fransa Senatı tərəfindən uydurma erməni soyqırımını inkar edənlərin cəzalandırılması haqqında belə bir qərarın çıxarılması absurddur. Tarixçilərin araşdırmalı olduğu məsələyə dair Senat necə belə qəti qərar qəbul edə bilər, bu anlaşılan deyil. Elə isə faktların, dəlillərin soyqırım olduğunu sübut edən Xocalı faciəsini niyə Fransa soyqırım kimi qəbul etmir? Haqq-ədalət, insan hüquqlarının qorunması, beynəlxalq hüquq bəs hardadır? Azərbaycan həmişə Türkiyənin yanında olub, bundan sonra da olacaqdır. Təbii ki, bu məsələdə Azərbaycan ictimaiyyəti öz sərt mövqeyini bildirməlidir”. Tədbirdə bildiril ... Ardını oxumaq »
Baxışlar: 543 | Əlavə etdi: GVB | Tarix: 25.01.2012 | Şərhlər (0)

qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi 20 yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş “20 yanvar faciəsi qan yadaşımızdır” mövzusunda tədbir keçirdi. qhtxeber.az-ın məlumatına əsasən, tədbiri GVB-nin sədri Muğan Əliyev ulu öndər Heydər Əliyevin və şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdikdən sonra 20 yanvar faciəsində baş verənlər barədə ətraflı danışdı. O, qeyd etdi ki,19 yanvar 1990-cı ildə Bakı və ətraf rayonlarda Sovet imperiyasınn təşkil etdiyi başda M.Qarbaçov olmaqla, SSRİ daxili işlər naziri Bakatin, SSRİ müdafiə naziri Yazov və başqalarının iştirakı ilə dinc əhaliyə silah tətbiq edərək Bakı şəhərində 131 nəfər xüsusi amansızcasına qətlə yetirildi. Həmin hadisdələr zamanı 800 nəfərdən çox adam yaralandı, 200 mənzil talan edilərək yandırıldı, 80 avtomobil, o cümlədən təcili yardım maşınları, küllü miqdarda dövlət əmlakına ziyan vuruldu. M.Əliyev bir daha tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, o vaxt ölkədə milli-azadlıq mübarizəsi açıq xarakter daşımağa baş ... Ardını oxumaq »
Baxışlar: 652 | Əlavə etdi: GVB | Tarix: 16.01.2012 | Şərhlər (0)

qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə “Azərbaycan bütün dünya azərbaycanlılarının tarixi vətəni, doğma ata–baba ocağıdır” mövzusunda tədbir keçirib.
qhtxeber.az-ın məlumatına görə, tədbirdə birliyin idarə heyətinin üzvləri, yerli şöbələr, üzv olan idman federasiyaları və idman cəmiyyətlərinin nümayəndələri iştirak ediblər. Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyev tədbir iştirakçılarını yeni il münasibəti ilə təbrik etdi, onlara işlərində uğurlar arzuladı. Mövzu ilə bağlı ətraflı söhbət açan M.Əliyev qeyd etdi ki, Dünya Azərbaycanlılarının Həmrəyliyinə nail olan və ilk dəfə bir araya gətirən və 2001-ci ildə Dünya Azərbaycanılarının birinci qurultayının keçirilməsinə nail olan məhz Ulu öndər Heydər Əliyev olmuşdur. Hazırda Respublika Prezidenti İlham Əliyev tərəfindən xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, müdafiəsi, milli–mənəvi də ... Ardını oxumaq »
Baxışlar: 668 | Əlavə etdi: GVB | Tarix: 29.12.2011 | Şərhlər (0)

qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyinin sədri Müqamət Əliyev qhtxeber.az-a məktub göndərib. M.Əliyev bütün QHT sektoru nümayəndələrini, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyini və əməkdaşlarını, qhtxeber.az-ın kollektivini qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlıların həmrəyliyi günü münasibətilə təbrik edir.
Məktubda deyilir: “Çox hörmətli dostlar, Azərbaycanımızın dəyərli övladları!
Sizi və sizin timsalınızda bütün doğmalarınızı, əzizlərinizi, Azərbaycan xalqının ləyaqətli insanlarını Dünya Azərbaycanlıların həmrəyliyi günü və Yeni il münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, ailə səadəti və Yeni ildə işlərinizdə yeni-yeni nəailiyyətlər arzu edirik.
Arzu edirik ki, 2012-ci il Azərbaycanımızın ərazi bütövlüyünün bərpa olunması ili kimi tariximizə yazılsın!
Baxışlar: 637 | Əlavə etdi: GVB | Tarix: 26.12.2011 | Şərhlər (0)

« 1 2 ... 60 61 62 63 64 ... 78 79 »
Axtarış
Təqvim
«  Aprel 2024  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024