Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2014 » Oktyabr » 10 » Yeniyetmə və gənclər narkotiklərə yox-deyir
09:36
Yeniyetmə və gənclər narkotiklərə yox-deyir

Yeniyetmə və gənclər narkotiklərə yox-deyir

Gənc Vətənpərvərlər Birliyi ,Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyin maliyyə dəstəyi ilə “Gənclər sağlam həyat tərzi seçir “Narkotiklərdən əl çəkək devizi altında gənclərin iştirakı ilə regionlarda avtoturin təşkili və idman tədbirlərin həyata keçirilməsi” adlı layihə cərcivəsində Bakı şəhəri 10 saylı tam orta məktəbdə “Uşaq yeniyetmə və gənclərin narkotiklərə qarşı və mənəvi sağlamlığının artırılması” mövzusunda elmi nəzəri praktik konfrans keçirilib. Tədbirdə layihə üzrə təşkilat komitəsinin üzvləri,könüllülər,ziyalılar,idman ictimaiyyətinin nümayəndələri,tələbələr,QHT və KİV nümayəndələri iştirak ediblər.
.
Tədbiri giriş sözü ilə acan məktəbin direktoru Leyla Məmmədova tədbir iştirakçılarını salamladı və Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad etdikdən sonra qeyd etdi ki, müasir dövrümüzdə bütün dünyada kriminal biznesin əsas hissəsinə çevirilən narkomaniya qlobal ümumbəşəri bir poblemə çevirilmişdir.Milli –mənəvi, dəyərlərimizə zidd olan narkomaniya problemi hüquqi-demokratik dövlət quran Azərbaycan dövlətini ciddi narahat edir və poblemə dövlət səviyyəsində mübarizə aparılır .Bu sahədə narkomaniya və pis vərdişlərdən uzaq olmaq məqsədi ilə bu sahədə gələcəyimizi narkomaniyadan qorumaq üçün maarifləndirmə tədbirlərin keçiilməsinə ehtiyac var . Sonra layihə üzrə koordinator N.Qacayev bildirib ki ,layihənin məqsədi cəmiyyətin diqqətini narkomaniya və pis vərdişlərə mübarizəyə yönəltməkdir.Qazanılmış Qmmun Çatışmazlığı Sindromuna (QİÇS)-ə yoluxmanın səbəbləri barədə gəncləri məlumatlandırmaq,gənclərin asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir . GVB-n könüllü həkim psixoloqu G. Salmanova qeyd edərək bildirdi ki, Narkotik maddə təkçə onu qəbul edən insanı məhv etmir,həmçinin narkomanın ailə üzvlərinin sağlamlığına mənfi təsir göstərir,onların uşaqları fiziki və psixiki çatışmamazlıqları ilə dünyaya gəlir, narkotiklər orqanizmə toksiki təsir göstərən və faciyəli nəticələrə gətirən üzvi(təbii) və qeyri-üzvi (sintetik) maddədir .Gəlin narkotiklərə yox deyək! Gələcəyimizi qoruyaq.
Tədbirdə digər çıxış edənlər : Layihə rəhbəri M.Əliyev, məktəbin tarix fəni üzrə müəlliməsi P.Süleymanova , fizika müəllimi F.Əliyev,tərbiyə işlər üzrə müavini N.Səmədova , İbtidai hərbi üzrə müəllim E.Şükürov , 11-ci sinif şagirdləri E.Muradov,N.Ağakişiyeva və başqaları çıxış edərək narkomaniyanın fəsadlarından ətraflı danışaraq diskussiyalar aparıblar.
Tədbir sinif otaqlarında davam etdirilib verilən suallar cavablandırılıb. Tədbirin sonunda H.Əliyevin əksi olunmuş döş nişanı,təsvirli köynək və Narkomaniya və QİÇS-lə bağlı gənclərə maarifləndirici bukletlər və informasiya matrialları paylandı.
.

Baxışlar: 568 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Oktyabr 2014  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024