Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » Sentyabr » 27 » “Vətənpərvərliyin və dövlətçiliyin təbliğinə dəstək” layihəsi davam edir
08:26
“Vətənpərvərliyin və dövlətçiliyin təbliğinə dəstək” layihəsi davam edir
"Vətənpərvərliyin və dövlətçiliyin təbliğinə dəstək” layihəsi davam edir

Gənclər və İdman Nazirliyinin maliyə dəstəyi ilə "Vətənpərvərliyin və dövlətçiliyin təbliğinə dəstək” adlı layihə çərcivəsində "Milli Dövlətçiliyimizin Memarı” mövzusunda Nərimanov rayon "ŞUA” idman sağlamlıq komleksində elmi nəzəri praktik konfrans və mühazirələr keçirilib.
AZADİNFORM xəbər verir ki, konfransda layihənin koordinatoru N.Qaçayev tədbirin mahiyyəti barədə məlumat verib. Gənc Vətənpərvərlər Birliyinin sədri fəxri bədən tərbiyəsi və idman işçisi Muğan Əliyev müasir Azərbaycan dövlətinin banisi, qurucusu böyük siyasi xadim, ümummilli lider H.Əliyevin idiologiyasından, idarəçiliyindən və dövlətçiliyindən geniş söhbət açıb. O, bildirib ki, layihə çərçivəsində ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrində, idman cəmiyyətlərində dərs saatlarında yeniyetmə və gənclərə dövlət və dövlətçilik prinsipləri, milli qürur, vətənə məhəbbət və sədaqətdən söhbət açılmalıdır. Milli karate federasiyasının vitse-prezidenti, GVB-nin fəxri üzvü Zülfüqar Kazımov qeyd edib ki, XX əsrdə Azərbaycanın öz dövlət müstəqiliyini bərqərar etməsi xalqın çoxəsirlik tarixində qazandığı ən böyük və mühüm nailiyyətdir.
Tədbirdə çıxış edən Beynaxalq Arbitiraj Məhkəməsinin sədr müavini A.Əsədov, tarixşünas S.Əliyev, GİN-nin məsul işçisi və texniki məsələlər üzrə müşaviri M.Nəsibov. TN-nin RİOEUG məktəbinin direktoru O.Məmmədli, müstəqil hüquqşunas E.Məmmədov və başqaları bu yönümlü layihələrin vacibliyindən, uşaq, yeniyetmə və gənclər arasında Dövlət və dövlətçilik, vətənpərvərlik istiqamətində tərbiyədən, onlar arasında psixoloji və idioloji işlərin gücləndirilməsindən danışıblar.
Konfrans başa çatdıqdan sonra diskussiyalar idman bölmələrində davam etdirilib.
http://http://www.azadinform.az/news/a-54428.html

Baxışlar: 462 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Sentyabr 2013  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
2930
Yazıların arxivi
Design by UsiGroup  © 2024