Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2016 » May » 6 » Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-ci ildönümünə həsr olunmuş tədbir keçirilib .
11:26
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-ci ildönümünə həsr olunmuş tədbir keçirilib .
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-ci ildönümünə həsr olunmuş tədbir keçirilib .

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə Gənc Vətənpərvərlər Birliyi (GVB) “Vətən bizim and yerimiz “adlı layihə çərçivəsində BakınınNizami rayon 10 saylı tam orta məktəbdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan tarixi ” mövzusunda elmi nəzəri praktik konfrans keçirilib. Tədbirdə GVB-n İdarə heyəti ,layihə üzrə təşkilat komitəsinin üzvləri , 62 saylı tam orta məktəbin bir qrup üzvləriə və QHT nümayəndələri iştirak ediblər.

Layihə rəhbəri M. Əliyev tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Ulu öndərin fenomenal şəxsiyyəti parlaq azərbaycançılıq nümunəsidir. Ümummilli lider Heydər Əliyevin həmişə xalqımızın milli maraqlarına xidmət etdiyini, məhz onun uzaqgörən siyasəti nəticəsində Azərbaycanın nəinki regionda, dünyada qüdrətli bir dövlətə çevrildiyini diqqətə çatdırıb.

Layihə üzrə təlimçi A. Hüseyinova “Vətəni qorumaq hamının mənəvi borcudur “ mövzusunda çıxış edərək bildirdi ki,xalqımız tarix boyu Vətəninin mənfəətini öz mənfəətindən, Vətəninin gələcəyini öz gələcəyindən üstün tutan bir anlayışa, dərin bir Vətən sevgisinə sahib olmuş xalq kimi tanınmışdır. Məhz bu xalqın xələfləri kimi bu adı qorumaq sələflərimizin əmanətinə sahiblik borcu olmalıdır. Nəhayət, Vətən hər bir kəsin sevgilisi, məhbubu olmalıdır. Ondan üstün məhəbbət yaşaya bilməz. Görkəmli ədib Abbas Səhhət demişkən:
Tədbirdə natiqlər, həmçinin “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur”, “Heydər Əliyevin xarici siyasəti”, “Heydər Əliyevin ideyalarının reallaşdığı” mövzularında çıxışlar ediblər.
Tədbirin sonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 93 illiyinə həsr olunmuş şeirlər səslənib, “Sən elə bir zirvəsən” adlı sənədli film nümayiş olunub.
Tədbirin sonunda məktəbin ədəbiyyat müəlliməsi F. Aslanlı, hərbi şahin oyunlarının fəalları X. Mustafayev, G. İbrahimova və digərləri Fəxri diplomla təltif olunublar.
Konfrans başa çatdıqdan sonra yeniyetmə və gənclər arasında yüngül atletika üzrə yarış keçirilib. Qaliblərə mükafat və fəxri diplomlar təqdim edilib.


GVB-nin mətubat və informasiya şöbəsi
Baxışlar: 633 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  May 2016  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024