Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Şuranın keçirdiyi beynəlxalq yazı müsabiqəsinin qalibləri Bakıda mükafatlandı - 7 May 2013 - Gənc Vətənpərvərlər Birliyi
Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » May » 7 » Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Şuranın keçirdiyi beynəlxalq yazı müsabiqəsinin qalibləri Bakıda mükafatlandı
18:40
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Şuranın keçirdiyi beynəlxalq yazı müsabiqəsinin qalibləri Bakıda mükafatlandı
Bu gün Bakıda "Hilton” hotelində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının keçirdiyi beynəlxalq yazı müsabiqəsinin qaliblərinin təltif edilmə mərasimi keçirilib. toplantı iştirakçıları ilk olaraq Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Dövlət himninin oxunmasından sonra Ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən, Şuranın sifarişilə hazırlanmış qısametrajlı film nümayiş etdirilib. Mərasimdə giriş sözü ilə çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev Azərbaycan dövlət müstəqilliyinin XX əsrin sonlarında qazanılması və böhranlı vəziyyətdən çıxarılması yolunda Heydər Əliyevin misilsiz xidmətlərinin olduğunu, onun fəaliyyət dövrünün miqyasına görə bənzərsiz olduğunu və Azərbaycanın quruculuq salnaməsinin ən dolğun səhifələrinə çevrildiyini vurğulayıb. A.Quliyev bugünkü firavan, dinamik inkişaf edən, regionun lider dövlətinə çevrilən ölkəmizin əldə etdiyi nailiyyətlərin qazanılmasında ulu öndərin tarixi xidmətlərini diqqətə çatdırıb.

Tədbirin aparıcısı yazıçı, millət vəkili, müsabiqə komissiyasının sədri Elmira Axundova da Heydər Əliyevin yaradıcı dühası və Ümummilli liderin Azərbaycan və dünya xalqları qarşısında xidmətlərindən bəhs edib. E.Axundova müsabiqə komissiyasının üzvlərini və müsabiqənin qaliblərini toplantı iştirakçılarına təqdim edib.

Qaliblər aşağıdakılardır:
1. Aleksandr Karavayev - Rusiya Federasiyası, "Heydər Əliyev Rusiya üçün: irsin aktuallığı müasirlik kontekstində”
2. Alma Sağınğali – Qazağıstan Respublikası, "Heydər Əliyev haqqında söz”
3. Anastasiya Nikolayeva – Ukrayna Respublikası, "Heydər Əliyev - Azərbaycan xalqının iftixarı!”
4. Gözdə Kılıç – Türkiyə Cumhuriyyəti, "Heydər Əliyev irsi: öz oyununu quran Azərbaycan”
5. Horia Garbea – Rumuniya Respublikası, "Heydər Əliyev: alov insan!”
6. Tamriko Şakaya – Gürcüstan Respublikası, "Heydər Əliyevlə mənim tanışlığım”

Müsabiqə komissiyasının üzvləri hər bir qalib yazara Şuranın xatirə hədiyyələrini və pul mükafatını təqdim ediblər. Qalib gələn yazarlar çıxış edərək ölkələrində Heydər Əliyev irsinə olan maraqdan, onun titanik fəaliyyətinə bəslədikləri yüksək ehtiramdan bəhs ediblər.

Bundan əlavə müsabiqəyə təqdim edilən digər dəyərli məqalələrində müəllifləri xüsusi diplomlarla təltif olunub. Onlar Rusiyadan Valeri Calaqoniya, Aleksandr Budberq, Oleq Kuznetsov, Ukraynadan Arif Quliyev, Gürcüstandan Anar Tamı və Türkiyədən Əflatun Nemətzadədir.

Tədbirin sonunda çıxış edən Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dünyanın böyük coğrafiyasını əhatə edən Avropa və Asiya dövlətləri jurnalistlərinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fəaliyyətini, onun öz xalqına, dünya xalqlarına verdiyi töhfələri qiymətləndirmələrinin təsadüfi olmadığını bildirib. Heydər Əliyevin bir xalqın milli-mənəvi dəyərlərinin keşiyində duran, onu yaşadan bir lider olduğunu vurğulayan Ə.Həsənov Şərq və Qərb arasında Heydər Əliyevin iqtisadi, siyasi, sosial, mənəvi körpülərin salınmasında bəşəri fəaliyyət göstərdiyini diqqətə çəkdi. Ə.Həsənov Şuranın başda Azay Quliyev olmaqla bütün üzvlərinə Ulu Öndərlə bağlı yüksək səviyyəli tədbir düzənlədiklərinə görə təşəkkürünü bildirilib.
qhtxeber.az
Baxışlar: 152 | Əlavə etdi: Natiq | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  May 2013  »
BBeÇaÇCaCŞ
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2016