Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2016 » Oktyabr » 27 » Turizm UNİVERSİTETİNDƏ TƏDBİR KEÇİRİLİB
14:41
Turizm UNİVERSİTETİNDƏ TƏDBİR KEÇİRİLİB
Turizm UNİVERSİTETİNDƏ TƏDBİR KEÇİRİLİB

Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondun maliyyə dəstəyi ilə “Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullarla bağlı əhalinin məlumatlandırılması ” adlı layihə çərçivəsində “Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsulların insan sağlamlığına qarşı törədə biləcəyi təhlükələrin qarşısının alınmasında gənclərin rolu , “Çalışaq, sağlam olaq ” mövzusunda Azərbaycan Turizm və Menecment Universitetində birgə elmi nəzəri praktik konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Turizm və Menecment Universitetin dekanı A.Fərmayılov tədbiri açıq elan etdikdən sonra bir dəqiqə sükutla Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu yad edilib .Sonra o qeyd etdi ki, Azərbaycanda GMO ilə bağlı maarifləndirmə kampaniyasına ehtiyac var və bu sahədə ölkə televiziyalarında bu mövzu ilə bağlı geniş yer ayrılmalıdır .
Layihənin rəhbəri M.Əliyev çıxış edərək layihə çərçivəsində keçirilən tədbirlərin uğurlarından söhbət açıb və qeyd edib ki, Nazirlər Kabinetində GMO ilə bağlı qərar qəbul edilib. Həmin qərara əsasən, Azərbaycana genetik modifikasiya olunmuş məhsulların idxalı tam qadağan edilib. Yeganə qanun "Toxumculuq haqqında" qanundur. Onun 27-ci maddəsinin 2-ci bəndində xüsusi qeyd edilib ki, Azərbaycana GMO mənşəli toxumların gətirilməsi, idxalı qadağandır. Ancaq müstəsna hallarda - sərgilərdə göstərmək, təcrübələr qoymaq məqsədi ilə gətirmək olar. Təlimçi Q. Ağalarova qeyd edərək bildirdi ki, , ABŞ-da istehsal olunan ərzaq məhsullarının 80-85 %-i genetik modifikasiyalı tərkibə malikdir. Əhalisinin qida mənşəli sağlamlıq problemləri ilə ən çox üzləşdiyi ölkənin də məhz ABŞ olması bu iki xüsusiyyət arasında əlaqənin mövcudluğu ilə bağlı ehtimallar yaradır. Bundan əlavə, GMO məhsullarının bəzi hallarda hətta ölümlə nəticələnə bilən kəskin allergik reaksiya yaratdığı güman edilən hallar da qeydə alınıb.
Gəlin GMO məhsullarla birgə mübarizə aparıb, genefondumuzu qoruyaq”
Tədbirdə ,çıxış edənlər Universitetin dekanı S.Vezirova, layihə üzrə təşkilat komitəsinin üzvü hüquqşunas müstəqil vəkil A. Əsədov ,”Oyama” karate klubun prezidenti H. Əlili ,KİV-i üzrə kordinator P. Səfərov ,və başqaları bu yönümlü layihələrin vacibliyindən söz acdılar. Tədbirdə, Azərbaycan Turizm universitetin dekanı A. Fərmayılov ,universitetin dekanı, GVB –n universitetdə dayaq mərkəzin sədri S.Vəzirova milli-hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsində və səmərəli əməkdaşlığına fəxri diplomlara layiq görürdülər
Tədbirlər çərçivəsində “Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsulları haqqında ümumi anlayış və terminalogiya mövzularında Gənc Vətənpərvər İctimai Birliyinin nümayəndələri tərəfindən həmin Universitetinin tələbələrinə maarifləndirici buklet, fəal gənclərə fəxri diplom və təsvirli köynək paylanılıb. Tədbirdə, eyni zamanda bu sahədə maarifləndirmənin daha da güclənməsinə xidmət edəcək bu kimi layihələrin davamlı olmasının, bu bəla ilə mübarizədə cəmiyyətin bütün təbəqələrinin səfərbər edilməsinin, həmçinin proseslərə vətəndaş cəmiyyətinin daha fəal cəlb olunmasının vacibliyi də diqqətə çatdırılıb. Tədbirin keçirilməsində əsas məqsəd bu günümüzün vacib məsələsi Genetik modifikasiya olunmuş Orqanizmli (GMO) məhsulların cəmiyyətə verdiyi ziyanlar haqqında araşdırma aparmaq, bu barədə əhalini məlumatlandırmaqdır.
Tədbirdə, Turizm və Menecment Universitetinin, ali təhsil müəssisəsinin nəzdindəki Bakı Turizm Peşə məktəbinin müvafiq struktur rəhbərləri, müəllim və tələbələri ,Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondun məsləhətçisi J.Məmmədova,GVB-n İdarə Heyəti və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

GVB-n mətubat və informasiya şöbəsi
Baxışlar: 432 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Oktyabr 2016  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Yazıların arxivi
Design by UsiGroup  © 2024