Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » Aprel » 19 » Təhsil naziri Misir Mərdənov vəzifəsindən azad edildi
17:04
Təhsil naziri Misir Mərdənov vəzifəsindən azad edildi
M.C.Mərdanovun Azərbaycan Respublikasının təhsil naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Misir Cumayıl oğlu Mərdanov Azərbaycan Respublikasının təhsil naziri vəzifəsindən azad edilsin.
 İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 aprel 2013-cü il.
rəsmi sərəncam

Digər bir sərəncamla Mikayıl Cabbarov yeni təhsil naziri təyin edilib.
M.Ç.Cabbarovun Azərbaycan Respublikasının təhsil naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Mikayıl Çingiz oğlu Cabbarov Azərbaycan Respublikasının təhsil naziri təyin edilsin.
 İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 aprel 2013-cü il.
rəsmi sərəncam

Qeyd edək ki, Gün.Az xəbər verir ki, Mikayıl Çingiz oğlu Cabbarov 1976-cı il sentyabrın 19-da Bakıda anadan olub.
 M.Cabbarov Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr fakultəsini bitirib, daha sonra Sakramento universitetinin Makcorc Pasifik (Sakit okean) hüquq məktəbində hüquq magistri dərəcəsi və Azərbaycan Dövlət İqtisadiyyat Universitetində iqtisad magistri dərəcəsinə yiyələnib.
Yeni nazir Nyu-Yorkda vəkillər kollegiyasının üzvüdür.
Əmək fəaliyyətinə 1995-ci ildə bank sektorunda başlayıb, 1999-2002-ci illərdə hüquq sahəsində çalışıb.
2002-2003-cü illərdə İqtisadi İnkişaf nazirliyində məsləhətçi, 2003-2004-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifələrində çalışıb.
2004-cü ilin fevralın 20-də Azərbaycan iqtisadi inkişaf nazirinin müavini təyin olunub. 2009-cu ilin martın 6-dan isə İçəri Şəhər Qoruğunun direktoru kimi fəaliyyət göstərib.

Ailəlidir, iki uşağı var.
Baxışlar: 814 | Əlavə etdi: Natiq | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Aprel 2013  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024