Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2014 » Aprel » 18 » Sürücülərin, svetoforun və nizamlayıcının verdiyi xəbərdarlıq işarələri
09:21
Sürücülərin, svetoforun və nizamlayıcının verdiyi xəbərdarlıq işarələri

Sürücülərin, svetoforun və nizamlayıcının verdiyi xəbərdarlıq işarələri
Müasir avtomobillər səs və işıq xəbərdaredici vasitələri ilə təhciz edilmişdir ki, bunların köməyi ilə sürücü digər nəqliyyat vasitələrinə və piyadalara yaxınlaşdığını, hansı istiqamətdə hərəkət edəcəyini qabaqcadan xəbər verir.
Yaxınlaşmanı bildirmək üçün səs siqnalından, hərəkətin istiqamətinin dəyişdirilməsi üçün «dönmə» göstəricilərindən, sürətin azaldılması isə «dayan» işarəsindən istifadə edilir.
Sürücü sola dönməzdən, yaxud maneəni sol tərəfdən keçməzdən əvvəl «sola dönmə» işığını yandırmalı, əgər bu göstərici yoxdursa və ya işləmirsə, sol qolunu yana uzatmalıdır.
Motosikl, motoroller, moped, velosiped və arabaların sürücüləri də sol qolunu yana uzatmalı, yaxud sağ qolunu dirsəkdən yuxarı qatlamalıdır.
Sağa dönməzdən qabaq nəqliyyat vasitələrinin göstəriciləri yoxdursa və ya işləmirsə, onda sağ qolu yana uzatmaq lazımdır. Sağa dönməzdən qabaq sol qolu dirsəkdən yuxarı qatlamaqla da işarə vermək olar.
Tormozlama zamanı «dayan» işarəedicisi yandırılır. «Dayan» işarəsi olmaqdıqda, yaxud nasaz olduqda tormozlama əməliyyatı aparmazdan əvvəl sürücü qolunu yuxarı qaldırmalıdır.
Sürücülərin xəbərdarlıq işarələri vermələri, heç də onlar üçün hərəkət üstünlüyü vermir. Bu işarələr ən azı manevrdən 5 saniyə əvvəl verilməlidir.
Yaşayış məntəqələrində sürücülərə səs siqnalı vermək, bəzi xüsusi hallar istisna olmaqla qadağan edilir.
Sürücülər xəbəredici işarələr verərkən piyadalar bu işarələrə diqqət yetirməlidirlər. Əgər sürücü bu işarələrə uyğun manevrə başlamışdırsa, ona bu hərəkəti sona çatdırmağa şərait yaratmalıdırlar.
Yol hərəkətinin nizamlanması, texniki nizamlama vasitələri və nizamlayıcı vasitəsilə həyata keçirilir.
Texniki nizamlama vasitələrinə svetoforlar, yol nişanları, nişanlanma xətləri, piyada çəpərləri və s. aiddir.
Texniki nizamlama vasitələrinin bir növü svetoforlardır. Svetoforlar vasitəsilə yollarda, yolayrıclarında və digər yerlərdə yol hərəkəti nizamlanır.
Svetoforlar vasitəsi ilə verilən siqnallarda yaşıl, sarı, qırmızı və ağ sarımtıl rənglər tətbiq olunur.
Təyinatından asılı olaraq svetofor siqnalları dairəvi formalı, ox (oxlar) piyadanın və ya velosipedin silueti şəklində və «X» formalı ola bilir.
Svetoforun dairəvi siqnallarının aşağıdakı mənaları vardır:
1) Yaşıl rəngli işığın yanması - bu siqnal hərəkətə icazə verir.
2) Yaşıl rəngli işığın yanıb sönməsi - bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər).
3) Sarı rəngli işığın yanması - bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir.
4) Sarı rəngli işığın yanıb-sönməsi hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının və ya piyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir.
5) Qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi-bu siqnal hərəkəti qadağan edir.
6) Qırmızı və sarı rəngli işıqların eyni vaxtda yanması-bu siqnal hərəkəti qadağan edir və tezliklə yaşıl siqnalın yanacağını bildirir.
Svetoforun oxlar şəklində qırmızı, sarı və yaşıl rəngli işıqlarının mənası müvafiq rəngli dairəvi işıqların mənası ilə eynidir, lakin onların qüvvəsi yalnız oxlarla göstərilən istiqamətlərə şamil edilir. Dairəvi siqnallı svetoforların yaşıl ox (oxlar) şəklində bir və ya iki əlavə bölməsi ola bilər. Həmin bölmələr dairəvi yaşıl siqnalın səviyyəsində yerləşdirilir.
Əlavə bölmənin işığının sönməsi və bu bölmənin nizamladığı istiqamətdə hərəkətin qadağan edilməsi deməkdir.
Svetoforun işığı piyada (velosiped) silueti şəklindədirsə, onun qüvvəsi yalnız piyadalara (velosipedçilərə) şamil edilir. Bu zaman yaşıl işıq piyadaların (velosipedçilərin) hərəkətinə icazə verir, qırmızı işıq isə onların hərəkətini qadağan edir.

 

Piyadaların hərəkətinin təşkilində istifadə olunan əlavə avadanlıqlar

Respublikamızda baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, onların xeyli hissəsi piyadaların vurulması ilə bağlıdır. Bu cür hadisələrin sayının azaldılması və piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə müxtəlif üsul və vasitələrdən istifadə edilir.
İstifadə edilən üsul və vasitələr əsasən piyadaların küçəni, yolu istədiyi yerdən keçməsinin qarşısını almaq məqsədi üçündür.
Bunlara «piyada keçidi» yerini, yeraltı və yerüstü piyada keçidləri, çağırış svetoforlarını, piyada çəpərləri və müxtəlif konstruksiyalı maneələri misal göstərmək olar.
- «Piyada keçidi» yolun hərəkət hissəsində piyadaların yolu keçməsi üçün nəzərdə tutulan sahədir. Bu sahə xətlərlə nişanlanır.
- Böyük şəhərlərdə piyadaların və nəqliyyat vasitələrinin ən çox hərəkət etdikləri küçələrin kəsişmələrində piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə yol ayrıcının şəraitindən asılı olaraq yeraltı və ya yerüstü piyada keçidləri tikilir.
- Çağırış svetoforlarından bir çox yerlərdə, xüsusən, təhsil ocaqlarının qarşısında istifadə edilir. Belə svetoforda nəqliyyat vasitələri üçün daimi yaşıl işıq yanır ki, lazım gəldikdə küçəni keçməzdən qabaq səkidə qoyulmuş sütundakı düyməni basaraq svetoforda qırmızı işıq yandırılır və nəqliyyat vasitələri dayanır. Qırmızı işığın yanma müddətində piyadalar yolu rahat keçə bilirlər.
- Hərəkətin şəraitindən asılı olaraq, piyadaların küçənin və yolun işlək hissəsinə qəflətən çıxması ehtimalı olan və çox təhlükəli yerlərdə səki boyunca çəpərlər və ya müxtəlif konstruksiyalı maneələrdən istifadə olunur.

Baxışlar: 1104 | Əlavə etdi: Natiq | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Aprel 2014  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024