Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2014 » Mart » 31 » Şuranın dəstəklədiyi layihə çərçivəsində 31 mart soyqırımına həsr edilmiş tədbir keçirilib
11:11
Şuranın dəstəklədiyi layihə çərçivəsində 31 mart soyqırımına həsr edilmiş tədbir keçirilib
 Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclər arasında milli-hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi” adlı layihə çərçivəsində tədbir keçirib.
 
qhtxeber.az-ın məlumatına görə, 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş “Ermənilərin törətdikləri soyqırımlara və terrorlara son qoyulmalıdır” mövzusunda keçirilən tədbirdə qurumun yerli şöbələrinin, birliyə üzv olan təşkilatların, idman ictimaiyyətinin nümayəndələri, tarixşünaslar, ziyalılar və digər qurumların əməkdaşları iştirak ediblər.
 
Əvvəlcə mart soyqırımında qətlə yetirilən soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən layihə rəhbəri Müqamət Süleyman oğlu bildirib ki, Ümummilli lider Heydər Əliyevin fərmanı ilə 1998-ci ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd edilir. Məhz mərhum Prezidentimiz Heydər Əliyevin təşəbbüsü ilə 31 mart soyqırımına hüquqi-siyasi qiymət verilib. Sonra qeyd edilib ki, ermənilərin və onların havadarlarının xalqımıza qarşı müntəzəm olaraq yeritdikləri soyqırım siyasətinin bir əsrdən çox tarixi var. 
Mərasimdə 1918 –ci ildə ermənilərin törətdiyi vəhşiliklərdən, günahsız insanların qətlə yetirilməsindən danışılıb.
 
O da vurğulanıb ki, Gənclər və İdman İdarələri ilə birgə tədbirlər planı hazırlanıb və bu gündən etibarən Şirvan, Lənkəran ,Gəncə və Bakı şəhərində bu istiqamətdə tədbirlərə start verilib. 
 
Tədbirdə iştirak edənlər ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı ilə bağlı fikirlərini bildiriblər. 
 
Hamlet
Baxışlar: 481 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Mart 2014  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Yazıların arxivi
Design by UsiGroup  © 2024