Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2014 » Aprel » 28 » Şuranın dəstəyilə “Yeniyetmə və gənclərdə hərbi vətənpərvərlik işlərinə cəlb olunma qaydaları və üsulları”
11:45
Şuranın dəstəyilə “Yeniyetmə və gənclərdə hərbi vətənpərvərlik işlərinə cəlb olunma qaydaları və üsulları”

Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclər arasında milli-hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi” adlı layihə çərçivəsində Birliyin Yasamal rayon yerli şöbəsi və ”Xançinar” karate idman klubu ilə birgə “Yeniyetmə və gənclərdə hərbi vətənpərvərlik işlərinə cəlb olunma qaydaları və üsulları” mövzusunda elmi -nəzəri, praktik konfrans keçirib.

Birlikdən qhtxeber.az-a daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan layihənin rəhbəri M. Əliyev layihə əsasında keçirilən tədbirlərin mahiyyəti barədə məlumat verib.

Birliyin Yasamal rayon yerli şöbəsinin müdiri A. Quliyev ətraflı çıxış edərək bildirib ki, son zamanlar yeniyetmə və gənclər arasında müxtəlif fikir ayrılığı mövcuddur. Belə ki, hərbi vətənpərvərlik hisslərinin demək olar ki, lazımı səviyyədə deyil: “Açıq demək lazımdır ki, uşaqların əksəriyyəti oynamaq və əylənməyə üstünlük verir. Belə meyllər həm evdə, həm də ictimaiyyətdə özünü büruzə verir. Bunun da səbəbi odur ki, efir məkanımız vətənpərvərlik mövzularına çox az yer verir. Televiziya kanallarında ancaq şou proqramlara çox yer ayrılır ki, bu da yeniyetmələrin çalıb oynamağa meylinin artmasına gətirib çıxarır”
A. Quliyev layihələrin qiymətləndirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına öz təşəkkürünü bildirib.

Tədbirdə həmçinin “Xancinar” karate idman klubunun məşqçisi, Kokşinkay üzrə Avropa çempionu R. Nəcəfov, 283 saylı tam orta məktəbin müəllimi Ş. Quliyeva, layihə köməkçisi N. Qacayev, Qarabağ veteranı S. Əliyev, ekspert hüquqşünas T. Pirverdiyev və başqaları çıxış edərək bu yönümlü layihələrin keçirilməsinin vacibliyindən söz acıb.

Sonra layihə rəhbəri M. Əliyev qeyd edib ki, hərbi vətənpərvərliklə bağlı müvafiq dərnəklərin açılması vacibdir.

Tədbir idman bölmələrində diskussiyalarla davam etdirilib.

Hamlet

http://qhtxeber.az/news/a-33032.html

Baxışlar: 575 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Aprel 2014  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024