Şuranın dəstəklədiyi layihənin icrasına start verildi
Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ““Sağlam həyat tərzi, Gənclik və İdman nrkomaniyaya qarşı” devizi ilə tədbirlərin təşkili” adlı layihəyə start verib.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri M.Əliyev icra olunan layihənin mahiyyətindən söhbət açıb. O, qeyd edib ki, icra olunan layihə ilə bağlı birliyin İdarə Heyətində müzakirə olunub və icra planına uyğun olaraq ilk növbədə layihə rəhbəri və mühasibdən ibarət işçi heyəti formalaşdırılıb, əmr və müqavilələr hazırlanıb. Bundan başqa, təşkilatın 15 fəalı da könüllü olaraq layihəyə cəlb olunub. İşçilər arasında müvafiq təlimatlar verilərək iş bölgüsü aparılıb. Bu mərhələdə həmçinin işçi heyətinin kollektiv müzakirəsi əsasında çap ediləcək bukletin məzmunu müəyyənləşdirilib. Layihə rəhbəri M. Əliyev bildirib ki, layihə 3 ay müddətində (may-iyun-iyul) Abşeron və Bakı ətrafı qəsəbə və kəndlərdə rayonlarında həyata keçiriləcək. Keçiriləcək tədbirlərdə bir sıra vacib mövzular müzakirə olunacaq. Qeyd edək ki, layihənin əsas məqsədi gənclərin vətənpərvərlik və milli-mənəvi dəyərlərinin gücləndirilməsi, HİV-AİDS-İİV-QİÇS və narkomaniyadan, eyni zamanda pis vərdişlərindən uzaq olması üçün ümumtəhsil orta ixtisas və ali təhsil müəssisələrində, əyləncə mərkəzlərində, idman cəmiyyətlərində bu çərçivədə maarifləndirmənin və idman tədbirlərinin keçirilməsidir. GVB-ni KİV-lərlə iş şöbəsi
|