Şuranın dəstəklədiyi layihəni başa çatdırıb - 28 July 2016 - Gənc Vətənpərvərlər Birliyi
Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2016 » İyul » 28 » Şuranın dəstəklədiyi layihəni başa çatdırıb
12:06
Şuranın dəstəklədiyi layihəni başa çatdırıb
Şuranın dəstəklədiyi layihəni başa çatdırıb

Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclər Narkomaniya və QİÇS əleyhinə” devizi altında kütləvi idman tədbirlərinin təşkili” adlı layihəsinin yekunu ilə bağlı mətbuat konfransı keçirib.
Tədbirdə Birliyin yerli şöbələri, İdarə Heyəti, könüllülər, layihə üzrə təşkilat komitəsinin üzvləri, eləcə də QHT və KİV-lərin nümayəndələri iştirak ediblər.
Layihənin rəhbəri Muğan Əliyev bildirib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da gənclərin bir qismi narkomaniya və onun törətdiyi xəstəliklərdən əziyyət çəkir: “Bunu qismən də olsa aradan qaldırmaq üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin bu gün daha düzgün, effektiv aparılması çox vacibdir. Əhalinin, xüsusən gənclərin bu haqda məlumatlarının, biliklərinin az olması onlar arasında daha məsuliyyətli işlərin görülməsini labüd edir. Bu baxımdan, GVB AIDS-QIÇS-İİV və narkomaniyaya qarşı mübarizədə maarifləndirmə, təbliğat işlərinin gücləndirilməsi, habelə vətəndaş cəmiyyətinin dəstəyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi layihənin icrasını başa çatdırıb”.

Qeyd edilib ki, layihə çərçivəsində idman cəmiyyətlərində və xüsusilə aparıcı ali təhsil müəssisələrinin yerləşdiyi regionlarda (Abşeron Bakı, Gəncə , Şəmkir, Nevtcala ) və ümumtəhsil orta ixtisas məktəblərində narkomaniya və pis vərdişlər əleyhinə maarifləndirmə - təbliğat xarakterli tədbirlər həyata keçirilib. Bir çox QHT və digər əlaqədar təşkilatlarla birgə keçirilən bu tədbirlərdə əhalinin, xüsusilə gənclərin AİDS-QİÇS-İİV və narkomaniyaya dair məlumatlandırılması ilə yanaşı, ölkədə bu sahədə aparılan uğurlu islahatlar, əldə olunmuş nəticələrlə bağlı məlumatlar verilib, həmçinin mütəxəssislər tərəfindən dünyada tətbiq olunan qabaqcıl forma və metodların əks olunduğu təqdimatlar həyata keçirilib.
Konfrans, təlim, Dəyirmi masalar və keçirilən idman tədbirlərində gənclər narkomaniya və onun törətdiyi xəstəliklərdən müdafiə olunmaqla, həm öz həmyaşıdlarına bu haqda məlumat vermək, həm də əhalinin digər yaş qruplarını da bu sahədə maarifləndirmək imkanı qazanıblar. Nəticədə maariflənən insanların sayı dəfələrlə artıb, eyni zamanda narkotikə düçar olan gənclər idman bölmələrinə və ictimai işlərə cəlb edilib. Tədbirlərdə, eyni zamanda bu sahədə maarifləndirmənin daha da güclənməsinə xidmət edəcək bu kimi layihələrin davamlı olmasının, bu bəla ilə mübarizədə cəmiyyətin bütün təbəqələrinin səfərbər edilməsinin, həmçinin proseslərə vətəndaş cəmiyyətinin daha fəal cəlb olunmasının vacibliyi də diqqətə çatdırılıb.
Konfrans diskussiya şəraitində başa çatıb və KİV tərəfindən verilən suallar cavablandırılıb.

GVB-nin mətbuat və informasiya şöbəsi
Baxışlar: 54 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyul 2016  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Yazıların arxivi
Design by UsiGroup  © 2016