Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2014 » Mart » 12 » Şuranın dəstəklədiyi layihə çərçivəsində konfrans və təlim keçirilib
15:18
Şuranın dəstəklədiyi layihə çərçivəsində konfrans və təlim keçirilib
Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gənclər arasında milli hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi” adlı layihə çərçivəsində Milli Karate Federasiyası (MKF) ilə birgə "Hərbi vətənpərvərlik və vətəndaşlıq tərbiyəsində, psixoloji amillərin təbliğində təlimatçı məşqçilərin rolu” mövzusunda elmi - nəzəri, praktik konfrans və karate üzrə təlim keçirilib. 
qhtxeber.az-ın məlumatına görə, konfransda çıxış edən layihənin rəhbəri, ənənəvi karate üzrə fəxri bədən tərbiyəsi və idman işçisi, IV dan qara kəmər ustası Muğam Əliyev tədbir iştirakçılarını salamlayandan sonra layihənin mahiyyətindən və bu layihəyə qoşulan könüllülərin fəaliyyətindən söhbət açıb. M. Əliyev xüsusi olaraq qeyd edib ki,layihə çərçivəsində 2015-ci ildə Bakı şəhərində keçiriləcək Avropa Olimpiya Oyunları ilə əlaqədar olaraq idman tədbirlərinin keçirilməsinə üstünlük veriləcək. 
MKF-nın prezidenti Y. Bəşirov qeyd edib ki, idman cəmiyyətlərində dərs saatlarında yeniyetmə və gəncləri milli qurur, vətənə məhəbbət və sədaqət, etik və estetik tərbiyyə, milli və döyüş ruhunda hazırlanması ən vacib məsələlərdən biridir. 
Həkim psixoloq Ə. Abbasquliyev bu yönlü layihələrin həyata keçirilməsində verdiyi dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti yanında 
Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına öz təşəkkürünü bildirib. O, əlavə edib ki, vətənpərvərlik tərbiyəsinə psixoloji hazırlıq özündə həm fiziki, həm də mənəvi inkişafı birləşdirir. 
Tədbirdə digər çıxış edənlər də layihənin vacibliyindən, gənclər arasında psixoloji və ideoloji işlərin gücləndirilməsinin əhəmiyyətindən söz açıblar. 
Konfrans başa çatdıqdan sonra diskussiyalar idman bölmələrində davam etdirilib və karate üzrə texniki seminara start verilib. 

Hamlet

Baxışlar: 519 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Mart 2014  »
BBeÇaÇCaCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Yazıların arxivi
Design by UsiGroup  © 2024