Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2013 » Aprel » 4 » Silsilə tədbirlər davam etdirilir
12:44
Silsilə tədbirlər davam etdirilir
Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gənclər arasında insan alveri və narkomaniyanın qarşısını almaq məqsədi ilə preventiv tədbirlərin keçirilməsi və milli-mənəvi dəyərlərinin gücləndirməsi" adlı layihə çərcivəsində "İnsan alveri və narkomaniya qarşı mübarizədə gənclərin rolu” mövzusunda elmi nəzəri praktik konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan DİN-in İdman Cəmiyyətinin fiziki təlim şöbəsinin rəisi İlyas Siracov bildirib ki, bu yönlü tədbirlərin keçirilməsi çox vacibdir. "Bu problem müasir dövrümüzdə qlobal problemlərdən birinə çevrilmiş və bu sahədə maarifləndirici tədbirlərin keçirilməsini vacib hesab edirəm" deyərək sözlərinə əlavə edib.
Daha sonra çıxış edən GVB-nin sədri, layihə rəhbəri Muğan Əliyev layihənin mahiyyətindən, bu movzuda preventiv tədbirlərin keçirilməsinin vacibliyindən söhbət açıb və bildirib ki, hər il 800.000 nəfər insan alverini qurbanına çevrilir. Bu problemin aktuallığını nəzərə alaraq biz bu layihənin irəli sürdük və bu istiqamətdə fəaliyyətimizi davam etdiririk.

Tədbirdə çıxış edənlər DİN İC əməkdaşı İlham Mustafayev, Cüdo üzrə məşqçi Rüfət Məmmədov, Məşqçi Tehran Seyidov, GVB-nin şöbə müdiri, layihə üzrə təşkilat komitəsinin üzvü Natiq Qaçayev, idmançı veteran Ə.Əliyev, Ə.Əşrəfov və digərləri layihənin vacibliyindən və bu sahədə ali təhsil müəssisələrində marifləndirmə tədbirlərin keçirilməsinin vacibliyini bildiriblər.
Bu xəbərlə qhtxeber.az saytından da tanış ola bilərsiz.
Baxışlar: 549 | Əlavə etdi: Natiq | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Aprel 2013  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024