Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2017 » İyun » 22 » Silahllı Qüvvələrin yaranmasının 99-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
10:28
Silahllı Qüvvələrin yaranmasının 99-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Silahllı Qüvvələrin yaranmasının 99-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “ İstehlakçıların hüquqlarının qorunması və maarifləndirilməsinə dair tədbirlərin təşkili” “adlı layihə çərçivəsində Nərimanov rayon “ŞUA” İdman Sağlamlıq Kompleksində Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 99- cu ildönümü ilə əlaqədar Silahlı Qüvvələrin yaradılması Azərbaycanın Dövlət Müstəqiliyini və Suverenliyini təsdiq edən, onu nümayiş etdirən amillərdən biridir və “Geni dəyişdirilmiş Orqanizmlərin zərərli nəticələri haqqında və təbliğində təlimatçı məşqçilərin rolu” mövzusunda elmi nəzəri praktik konfrans və təlim adlı tədbir keçirib. Tədbirdə,GVB-nin İdarə Heyeti üzvləri, QHT-n nümayəndələri,yerli şöbələri, İdman Federasiyalarının meşqçiləri, idmançılar iştirak ediblər .
Giriş sözü ilə tədbiri açan GVB-nin sədr müavini A.Əsədov tədbir iştirakçılarını Azərbaycan Silahlı Qüvvələrinin 99-cu ildönümü və Ramazan bayramı münasibəti ilə təbrik etdikdən sonra layihə çərçivəsində keçirilən tədbirlərdən, mahiyyətindən və çox saylı gənclərin bu layihədə faydalanmasından söhbət açıb .
Layihə rəhbəri M. Əliyev bildirib ki, əsası Ulu Öndər H. Əliyev tərəfindən qoyulmuş, hal-hazırda Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu prosesi yüksələn xətlə davam edir: "Ordumuz müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıldıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli ordumuz müstəqil dövlətimizin ən böyük dayağıdır, xalqımızın təhlükəsizliyini və ölkəmizin ərazi bütövlüyünü qoruyan böyük qüvvədir . Bu, bizi sevindirir və işlərimizi bir QHT olaraq səmərəli qurmağa sövq edir”. “ŞUA” İdman Sağlmalıq Mərkəzinin icraçı direktoru R.Qurbanov bildirdi ki , Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullarlaın ,ərzaq və digər qida məhsullarında insanların sağlamlıgına təhlükə vəd edən maddələrin olması kimi qorxunc xəstəliklər yarada biləcək qədər təhlükəli olması bizləri narahat edir. Hamılıqla bu sahədə maarifləndirmə tədbirləri gücləndirməliyik
Sonra çıxış edən idman ictimaiyyətinin nümayəndələri, təlimatçı məşqiçilər və QHT təmsilçiləri belə tədbirlərin keçirilməsini vacib sayıblar . Daha sonra Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullar mövzusunda idman bölmələrində açıq dialoq şəklində davam edən tədbirdə fəal gənclər müzakirə olunan mövzu ilə bağlı təkliflərini bildiriblər. Sonda maarifləndirici materiallar paylanmış suallar cavablandırılmışdır.
GVB-n mətubat və informasiya şöbəsi
Baxışlar: 359 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyun 2017  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
252627282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024