Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2018 » İyun » 25 » Silahllı Qüvvələrin yaranmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
14:07
Silahllı Qüvvələrin yaranmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Silahllı Qüvvələrin yaranmasının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "“Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullarla bağlı əhalinin maarifləndirilməsi üçün tədbirlərinin keçirilməsi ” adlı layihə çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100- cü ildönümü ilə əlaqədar “DİN İdman Cəmiyyətində "Silahlı Qüvvələrin yaradılması Azərbaycanın Dövlət Müstəqiliyini və Suverenliyini təsdiq edən, onu nümayiş etdirən amillərdən biridir” mövzusunda elmi - nəzəri, praktik konfrans keçirib.
Giriş sözü ilə tədbiri açan DİN -nin sədri p-k Z. Mehtandinova tədbir iştirakçılarını Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümü münasibəti ilə təbrik edib. Sonra o, layihənin mahiyyətindən və layihə çərçivəsində keçirilən tədbirlərdən danışıb.
Layihə rəhbəri M. Əliyev bildirib ki, əsası Ulu Öndər H. Əliyev tərəfindən qoyulmuş, hal-hazırda Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İhlam Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu prosesi yüksələn xətlə davam edir: "Ordumuz müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıldıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli ordumuz müstəqil dövlətimizin ən böyük dayağıdır, xalqımızın təhlükəsizliyini və ölkəmizin ərazi bütövlüyünü qoruyan böyük qüvvədir . Bu, bizi sevindirir və işlərimizi bir QHT olaraq səmərəli qurmağa sövq edir”. 19 saylı tam orta məktəbin hərbi müəllimi,qarabağ qazisi İ.Əzimov çıxış edərək Ordu quruculuğundan və GDO-lu məhsulların genefondumuza vurduğunu və bu istiqamətdə maarifləndirmə işinə ehtiyac olduğunu vurğuladı .
Sonra çıxış edən ictimaiyyət nümayəndələri, ziyalılar və QHT təmsilçiləri belə tədbirlərin keçirilməsini vacib sayıblar. Sonra çıxış edən idman ictimaiyyətinin nümayəndələri, təlimatçı məşqiçilər və QHT təmsilçiləri belə tədbirlərin keçirilməsini vacib sayıblar . Daha sonra Genetik modifikasiya olunmuş orqanizmli (GMO) məhsullar mövzusunda idman bölmələrində açıq dialoq şəklində davam edən tədbirdə fəal gənclər müzakirə olunan mövzu ilə bağlı təkliflərini bildiriblər. Sonda maarifləndirici materiallar paylanmış suallar cavablandırılmışdır.
GVB-n mətubat və informasiya şöbəsi
Baxışlar: 9 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  İyun 2018  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Yazıların arxivi
Design by UsiGroup  © 2018