Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2014 » Aprel » 18 » GVB yol qəzalarının artması ilə əlaqədar maarifləndirici tədbirlər keçirəcək
13:56
GVB yol qəzalarının artması ilə əlaqədar maarifləndirici tədbirlər keçirəcək

Son zamanlar Bakı şəhərində və ətraf rayonlarda ölkənin magistral yollarında avtomobil qəzalarının baş verməsi və onun doğurduğu acı nəticələr müəyyən narahatlığa səbəb olur.

Bu qəzaların baş verməsinin əsas səbəbi vətəndaşların yol təhlükəsizliyinə riayət etməmələri, məlumatsızlıq və diqqətsizlikdir. Bunun nəticəsində də xeyli sayda insan dünyasını dəyişir və şikəst olur.

Gənc Vətənpərvərlər Birliyinin (GVB) sədri Muğan Əliyevin qhtxeber.az-a verdiyi məlumata görə, yol hərəkət qaydalarının pozulması nəticəsində ölüm hadisələrinin artması ilə əlaqədar Gənc Vətənpərvərlər Birliyinin İdarə heyətinin qərarı ilə təbliğat və təşviqat üzrə təşkilat komitəsi yaradılıb. Bu sahədə ali təhsil müəssisələrində, idman cəmiyyətlərində, ictimai yerlərdə maarifləndirmə işləri aparmaqla yanaşı, könüllü sosioloji sorğuların keçirilməsinə start verilib.

Tədbirlər planına uyğun olaraq Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Gənclər Fondunun təşkilatçılığı və maliyyə dəstəyi ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 91 illik yubileyinə həsr olunacaq “Sürət məsafəni deyil, ömrü qısaldır” devizi altında yüngül atletika üzrə orta ,uzaq ,qısa məsafəyə qaçışların keçirilməsi nəzərdə tutulub.

Yol hərəkət qaydalarına uyğun bukletlər çap olunaraq ümumtəhsil müəssisələrində, idman cəmiyyətlərində, ictimai yerlərdə təşkilat üzvləri tərəfindən paylanır.

Hamlet

http://qhtxeber.az/news/a-32720.html

Baxışlar: 2678 | Əlavə etdi: Natiq | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Aprel 2014  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Yazıların arxivi
Design by UsiGroup  © 2024