Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2018 » Fevral » 22 » QHT Xocalı soyqırımı ilə əlaqədar silsilə tədbirlər keçirəcək
10:23
QHT Xocalı soyqırımı ilə əlaqədar silsilə tədbirlər keçirəcək
QHT Xocalı soyqırımı ilə əlaqədar silsilə tədbirlər keçirəcək
Gənc Vətənpərvərlər Birliyi (GVB) İdarə Heyətinin növbəti iclası keçirilib.

İclasda GVB-nin regional şöbələrinin rəhbərləri, üzv təşkilatların səlahiyyətli nümayəndələri, fəxri üzvlər, təlimatçı məşqçilər və sədrin müşavirləri iştirak ediblər.
qhtxeber.az-ın məlumatına görə, iclasda Bakı, Sumqayıt, Gəncə, Bərdə, Beyləqan və Şəmkirdə yaşayan gənclərin, ziyalıların birliyə fərdi qaydada üzv olması və “Xocalıya ədalət” kampaniyasına dəstək olmaq məsələləri müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.
İclasda həmçinin GVB tərəfindən Xocalı soyqırımı ilə əlaqədar keçiriləcək tədbirlər planı da təsdiq olunub.

Tədbirlərin Bakı, Gəncə, Şəmkir, Şirvan, Bərdə, Mingəçevir və Sumqayıt şəhərlərində gənclər və idman idarələri ilə birgə keçirilməsi üçün təşkilat komitəsi yaradılıb.

Qeyd edək ki, silsilə tədbirlərə fevralın22-dan start veriləcək və yekunda müxtəlif beynəlxalq təşkilatlara və səfirliklərə bəyanat ünvanlanacaq.
Baxışlar: 289 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Fevral 2018  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728
Yazıların arxivi
Design by UsiGroup  © 2024