Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2016 » Fevral » 27 » QHT Xocalı faciəsi ilə bağlı maarifləndirmə tədbiri keçirib
09:29
QHT Xocalı faciəsi ilə bağlı maarifləndirmə tədbiri keçirib
QHT Xocalı faciəsi ilə bağlı maarifləndirmə tədbiri keçirib
+ - Çap Yerləşdirilib: 26.02.16 | Baxılıb: 22

qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyi (GVB) Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlərini davam etdirir.

qhtxeber.az-ın məlumatına görə, növbəti tədbiri giriş sözü ilə açan GVB-nin Humanitar və mədəniyyət şöbəsinin müdiri N. Qacayev qeyd edib ki, fevralda elan olunan Xocalı ayının məqsədi Xocalı faciəsinin XX əsrin ən dəhşətli faciəsi olduğunu anlatmaq üçün ümumtəhsil məktəblərində, idman cəmiyyətlərində gənclər və yeniyetmələr arasında maarifləndirmə işlərini gücləndirməkdir. O, bildirib ki, Azərbaycanda fəaliyyət göstərən QHT-lər dünya ictimaiyyətinin, Beynəlxalq Təşkilatların, insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların diqqətini bir daha Xocalı soyqırımına cəlb edərək onları bu vəhşiliyə, özbaşınalığa, bu misli görünməmiş ədalətsizliyə öz münasibətlərini bildirmələrinə nail olmalıdırlar.

GVB sədri Muğan Əliyev isə vurğulayıb ki, bu faciə unudulmamalı, yaddaşlarda yaşamalı, gələcək nəsil də bilməlidir ki, düşmənlərimiz bizim başımıza nə oyun açıblar: “Hamılıqla bizlər həmişə ayıq-sayıq olmalı, dövlətimizə qarşı çıxanlara mübarizə aparmalıyıq”.

Tədbirdə digər çıxış edənlər Xocalıda baş vermiş faciədən danışıblar, bu hadisəni törədənlərin tez bir zamanda məhkəmə məsuliyyətinə cəlb olunmasını qeyd ediblər.
Tədbirin sonunda Xocalı faciəsi ilə bağlı bukletlər paylanıb və keçirilən tədbirlərin yekunu olaraq müraciət qəbul olunub.

Hamlet
Baxışlar: 405 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Fevral 2016  »
BBeÇaÇCaCŞ
 123456
78910111213
14151617181920
21222324252627
2829
Yazıların arxivi
Design by UsiGroup  © 2024