Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2015 » May » 8 » QHT Ulu öndər Heydər Əliyevin doğum gününü qeyd edib
12:59
QHT Ulu öndər Heydər Əliyevin doğum gününü qeyd edib

Gənc Vətənpərvərlər Birliyi (GVB) Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr olunmuş “Heydər Əliyev və müasir Azərbaycan tarixi” və “Gənclərin vətənpərvərlik tərbiyəsi müasir dövrdə” mövzusunda elmi-nəzəri, praktik konfrans keçirib.

qhtxeber.az-ın məlumatına görə, tədbir Azərbaycanın Dövlət Himni ilə başlanıb. Ümummilli liderin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra həyat və GVB sədri M. Əliyev bildirib ki, Azərbaycan böyük şəxsiyyətlər, müdrik insanlar beşiyidir. Xalqımızın müdrik oğlu, tarixə öz azərbaycanlı möhürünü vurmuş Heydər Əliyev məhz belə bir fenomenal şəxsiyyətdir. Gələcəyimizi düşünürüksə, hadisələri təhlil edib düzgün nəticə çıxarmaq üçün Heydər Əliyev müdrikliyindən öyrənməliyik.

GVB-nin fəxri üzvü Z. Kazımov qeyd edib ki, Ulu öndərin fenomenal şəxsiyyəti parlaq azərbaycançılıq nümunəsidir. Çalışdığımız hər hansı bir işdə nailiyyət əldə etmək istəyiriksə, Heydər Əliyev təşəbbüskarlığı, vətənpərvərliyi bizim üçün ibrət olmalıdır.
Digər çıxış edənlər Ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, onun şərəfli ömür yolundan, ölməz ideyalarından, doğma vətənimiz və xalqımız üçün gördüyü misilsiz işlərdən və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Ümummilli liderimiz Heydər Əliyevin müdrik inkişaf strategiyasının uğurla davam etdirilməsindən danışıblar.

Tədbir başa çatdıqdan sonra iştirakçılar Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüb.

Hamlet

http://qhtxeber.az/news/a-45148.html

Baxışlar: 490 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  May 2015  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Yazıların arxivi
Design by UsiGroup  © 2024