Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2016 » May » 5 » QHT Şurasının maliyyə dəstəyi ilə Gənc vətənpərvərlər Birliyi ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar tədbir keçirmişlər
14:40
QHT Şurasının maliyyə dəstəyi ilə Gənc vətənpərvərlər Birliyi ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar tədbir keçirmişlər
QHT Şurasının maliyyə dəstəyi ilə Gənc vətənpərvərlər Birliyi ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar tədbir keçirmişlər

Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Gənc Vətənpərvərlər Birliyi (GVB) tərəfindən “: Sağlam həyat tərzi, Gənclik və İdman narkomaniyaya qarşı “
devizi ilə tədbirlərin təşkili” layihə çərçivəsində Bakının Nizami rayonundakı 10 nömrəli tam orta məktəbdə “Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu və Dövlət idman siyasəti gənc nəsilin sağlamlığının təminatçısıdır” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının katibliyin məsləhətçisi Q.Yaqubov,GVB-n İdarə Heyəti və qeyri-hökumət təşkilatlarının nümayəndələri, iştirak ediblər.
Layihə rəhbəri M. Əliyev tədbir iştirakçılarını salamlayandan sonra o qeyd edərək bildirmişdir ki, Ulu öndərin fenomenal şəxsiyyəti parlaq azərbaycancılıq nümunəsidir. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr ərzində həmişə xalqımızın milli maraqlarına xidmət etdiyini, məhz onun uzaqgörən siyasəti nəticəsində Azərbaycanın nəinki regionda, dünyada qüdrətli bir dövlətə çevrildiyini diqqətə çatdırmışdır.
Daha sonra çıxışlarda narkomaniya, içki aludəçiliyi və siqaret çəkmək kimi pis vərdişlərin mənfi tərəfləri haqqında uşaqlar arasında maarifləndirmə işləri aparılmasına böyük ehtiyac olduğu vurğulanmışdır .
Tədbirdə natiqlər, həmçinin, “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur”, “Heydər Əliyevin xarici siyasəti”, “Heydər Əliyevin ideyalarının reallaşdığı ” mövzularında çıxışlar etmişlər Tədbirin sonunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 93 illiyinə həsr olunmuş şeirlər “Sən elə bir zirvəsən” adlı sənədli film nümayiş olunmuşdur.
Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının katibliyin baş məsləhətçisi Xanım Cəbrayılova ,Ramin Cəfərov,Gənclərin Töhfəsi İctimai Birliyin sədri A.Vəliyev, məktəbin ədəbiyyat müəliməsi F.Aslanlı, hərbi şahin oyunlarının fəalları X.Mustafayev, G.İbrahimova və digərləri Fəxri diplomla təltif olundu . Konfrans başa çatdıqdan sonra yeniyetmə və gənclər arasında yüngül atletika üzrə yarış keçirilib. Qaliblərə mükafat və fəxri diplomlar təqdim edilib, idmançılara, qonaqlara Heydər Əliyevin əksi olunmuş döşnişanı təsvirli mayka,Narkomaniya və QİÇS-lə bağlı maarifləndirici bukletlər və informasiya matrialları paylanılıb.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.
GVB-ni KİV-lərlə iş şöbəsi
Baxışlar: 467 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  May 2016  »
BBeÇaÇCaCŞ
1234567
891011121314
15161718192021
22232425262728
293031
Yazıların arxivi
Design by UsiGroup  © 2024