Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2017 » Sentyabr » 18 » QHT sədri: “Torpaqları erməni işğalı altında olan Azərbaycan ailəsi vətənpərvər olmalıdır”
16:20
QHT sədri: “Torpaqları erməni işğalı altında olan Azərbaycan ailəsi vətənpərvər olmalıdır”
http:/qhtxeber.az// Gənc Vətənpərvərlər Birliyinin sədri Müqamət Əliyevlə müsahibəni təqdim edirik.

-Bugünkü gənclik Qarabağ problemi, ermənilərin azərbaycanlılara qarşı etdiyi terrorizm əməlləri haqqında kifayət qədər məlumatlıdırlarmı?

-Bugünkü gənclər Qarabağ həqiqətlərini, ərazimizdə ermənilərin çoxsaylı terrorizm əməlləri haqda xəbərləri dünya ictimaiyyətinə yaymaq üçün sosial şəbəkələrdə paylaşırlar. GVB-in sosial şəbəkələrdə olan qrupu mütəmadi olaraq erməni terrorizminin ifşa olunması istiqamətində aktivlik göstərir. Biz Gənclər və idman idarələri və təhsil müəssisələri ilə birgə sərhəd bölgələrində; Bərdə, Beyləqan, Gəncə, Şəmkir və digər rayonlarda Qarabağ mövzusunda maarifləndirici tədbirlər həyata keçiririk.

-Gənclərdə vətənpərvərlik ruhu hansı səviyyədədir?

-Vətənpərvərlik insanın daxilindəki duyğudur. Əgər bunlar yoxdursa, insan mənəviyyatsızdır. Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələ kimi baxıb. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir. İnsanın ən ali və əzəli hislərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub. Ulu öndərimiz Heydər Əliyevin kəlamı həmişə belə olub: “Müstəqillik qazanmaq olar, amma onu saxlamaq çox çətindir”. Onu saxlamaq üçün isə bizim gənclərimiz öz səylərini bu yolda əsirgəməməlidirlər. Yeri gəlmişkən, mən öz vətənpərvərlik hissimi GVB tərəfindən keçirilən çoxsaylı müxtəlif növlü tədbirlərdə əks etdirirəm. Əsas məqsədimiz gənclərə Qarabağ münaqişəsinin səbəblərini, eləcə də Ermənistanın işğalçılıq siyasətini çatdırmaqdır.

-Qarabağ həqiqətlərinin təbliği istiqamətində hansı layihələr keçirirsiz?

-Qarabağ həqiqətlərinin təbliği QHT olaraq hər zaman diqqətimizdədir. Biz hər bir layihəmizdə bu mövzu haqqında danışırıq. Gənclərə ermənilərin terrorist əməlləri haqqında məlumat veririk. Qarabağ həqiqətlərinin təbliği ilə bağlı QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər Fondu və tərəfdaş olduğumuz Gənclər və İdman Nazirliyinə təqdim etdiyimiz layihələri komissiyanın rəyini nəzərə alaraq qiymətləndirirlər.

-Gənclərdə vətən eşqini gücləndirmək üçün hansı işlər görülməlidir?

-Ölkəmizin tarixi haqqında sistemli, uşaqların başa düşəcəyi tərzdə verilən məlumatlar da vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. İstər dərsliklərdəki ayrı-ayrı mətnlərdə, istərsə də aparılan tərbiyəvi söhbətlər, tədbirlər zamanı verilən belə məlumatlardan şagirdlər Vətənimizin zəngin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq üçün apardığı mübarizələr, azadlıq və müstəqillik uğrunda gedən mücadilələr haqqında biliklər əldə edir, bu biliklər əqidəyə çevrilərək onlarda vətənpərvərlik hislərini daha da artırır. Vətənpərvərlik tərbiyəsində xalqımızın qəhrəman oğulları, tarixi şəxsiyyətlər haqqında orta və ali məktəblərdə və idman cəmiyyətlərində vətənpərvərlik ruhunda icra olunan layihələr çərçivəsində yeniyetmə və gənclərə verilən məlumatlar, aşılanan biliklər də güclü təsir qüvvəsinə malikdir. Yeniyetmə və gənclərlə aparılan vətənpərvərlik tərbiyəsi işi onların Vətənə məhəbbət və sədaqət ruhunda böyümələrinə, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrinə müsbət təsir göstərir.

-Gələcəkdə Qarabağ mövzusunda layihələr keçirməyi planlayırsızmı?

-GVB öz işini Təhsil Nazirliyi və Bakı şəhər Təhsil Baş İdarəsi ilə qurub. Ümumtəhsil məktəblərində müxtəlif mövzulu, eləcə də Qarabağ mövzusunda layihələr həyata keçirilir. Bu il Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeçiliyində olan cəzaçəkmə müəssisələrində vətənpərvərlik, milli dəyərlər, dövlət rəmzləri, idman və s. tədbirlər nəzərdə tutulub. Bu sahədə danışıqlar aparırıq. Oktyabr-dekabr aylarında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunan "Gənclər arasında vətənpərvərlik tərbiyəsinin təşviqi" adlı layihə ilə bağlı Bakı şəhəri və ətraf rayonlarda konfrans, “dəyirmi masa” və digər maarifləndirici tədbirlər həyata keçiriləcək. Gənclərdə vətənpərvərlik hissinin formalaşmasında xalq qəhrəmanlarının, eləcə də müasir dövrdə örnək və fəxr yerimiz olan Milli qəhrəmanların təbliği də mühüm rol oynayır. Amma, bununla yanaşı, qeyd etmək lazımdır ki, vətənpərvərlik tərbiyəsində digər amillərin ciddi təsiri var. Torpaqları erməni işğalı altında olan Azərbaycan ailəsində ata da, ana da, övlad da vətənpərvər olmalıdır. Qarabağ hər birimizin ağrılı yeridir. Gənclərə Qarabağ probleminin ümummilli məsələ olduğu aşılanmalıdır. Mənim qənaətimə görə, çağdaş zamanımızda - Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsi uğrunda mücadilə etdiyimiz indiki şəraitdə tərbiyə prosesinin ən ideal modelini Heydər Əliyevin həyat yolunu, təcrübəsini, şəxsiyyətini öyrənmək, onun ideya və baxışlarını mənimsəmək, nəzəri və əməli pedaqoji fəaliyyətdə onlardan faydalanmaqla qurmaq, idarə etmək mümkündür.

Biz ailədə dili yenicə söz tutan uşaqlarımıza düşmənimizin kim olduğunu, şəhidlərimizin nə üçün vuruşduğunu, onların niyə müqəddəs sayıldığını, vətənimizin haradan başlayıb, harada bitdiyini, milli kimliyimizi, torpağın nə üçün ana qədər doğma sayıldığını anlatmalıyıq. Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər bir vətəndaşın borcudur. Keçmişimiz, tariximizin həm də ibrət dərsləridir. Gənc nəslin azərbaycançılıq ideyaları ruhunda tərbiyəsi xalqımızın qələbələrinin, nailiyyətlərimizin təminatçısıdır. Əsrlər boyu xalqımız böyük mənlik şüuru, əxlaqi dəyərlərə sədaqəti sayəsində, bütün təsirlərə baxmayaraq, öz dilini, dinini, milli adət-ənənələrini qoruyub saxlaya bilib. Vətənpərvərlik xalqımızın qan yaddaşıdır.
/qhtxeber.az/news.php?id=4580&lang=az
Baxışlar: 15 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  Sentyabr 2017  »
BBeÇaÇCaCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Yazıların arxivi
Design by UsiGroup  © 2017