GVB Respublika gününə həsr olunmuş konfrans keçirib - 27 May 2014 - Gənc Vətənpərvərlər Birliyi
Saytın menyusu
Statistika

Onlaynda cəmi: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Giriş forması
Ana səhifə » 2014 » May » 27 » GVB Respublika gününə həsr olunmuş konfrans keçirib
10:39
GVB Respublika gününə həsr olunmuş konfrans keçirib

Gənc Vətənpərvərlər Birliyi (GVB) ““Narkomaniyaya yox - Sağlam həyata hə” devizi altında preventiv tədbirlərin və idman yarışların keçirilməsi” adlı layihə çərçivəsində Nizami rayon 10 saylı tam orta məktəbdə Respublika gününə həsr olunmuş “Ey yüksələn yeni nəsil, gələcək sizindir.

Onu yüksəldəcək və davam etdirəcək sizlərsiniz”, “Narkotiklərlə mübarizə mənəviyyatımızın xilası deməkdir” mövzularında elmi - nəzəri, praktik konfrans keçirilib.
Tədbirdə layihə üzrə təşkilat komitəsinin üzvləri, könüllülər, ziyalılar, idman ictimaiyyətinin nümayəndələri, tələbələr, QHT və KİV nümayəndələri iştirak ediblər.

qhtxeber.az-ın məlumatına görə, əvvəlcə Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra layihə üzrə koordinator N. Quliyev Respublika günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, layihənin məqsədi cəmiyyətin diqqətini narkomaniya və pis vərdişlərlə mübarizəyə yönəltmək ,Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS)-ə yoluxmanın səbəbləri barədə gəncləri məlumatlandırmaq, gənclərin asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir.

Məktəbin direktoru L. Məmmədova bildirib ki, xalqımızın müstəqillik arzusunu Ulu öndər Heydər Əliyev gerçəkləşdirib. 1990-cı il noyabr ayının 17 –də Heydər Əliyevin sədrliyi ilə öz işinə başlayan Naxçıvan Ali Məclisinin sessiyası tariximizdə Azərbaycan dövlətçiliyinin dirçəliş prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlamətdar olub.
GVB-nin sədri M. Əliyev qeyd edib ki, narkomaniya təkcə xəstənin özünə deyil, bütün cəmiyyətə böyük zərər vuran sosial xəstəlikdir.
Təqaüddə olan sabiq polis işçisi İ. Əliyev son zamanlar yeniyetmələrin siqaretə və spirtli içkilərə meyllərinin artmasından söhbət açıb. O, bildirib ki, gənclər arasında narkomaniyaya qarşı mübariz olmalı və bu sahədə ümumtəhsil məktəbləri, ictimaiyyət, gənclər təşkilatları və QHT-lər maarifləndirmə işlərini gücləndirməlidir.

Tədbirdə digər çıxış edənlər dövlətimizin qazandığı bütün uğurların Ulu öndər Heydər Əliyevin zəkası, müdrikliyi, uzaqgörənliyi sayəsində əldə edilməsindən danışıblar. Natiqlər həmçinin narkomaniyanın fəsadlarından ətraflı danışaraq diskussiyalar aparıblar. Tədbir sinif otaqlarında davam etdirilib verilən suallar cavablandırılıb.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirilib.
Hamlet

http://qhtxeber.az/news/a-33992.html

Baxışlar: 283 | Əlavə etdi: Aliyev | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Şərh əlavə etmək üçün əvvəlcə qeydiyyatdan keçin.
[ Qeydiyyat | Giriş ]
Axtarış
Təqvim
«  May 2014  »
BBeÇaÇCaCŞ
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Yazıların arxivi
Design by UsiGroup  © 2016